Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu uşaqların dərdinə dərman yoxdur - Ümid icbari tibbi sığortaya qalıb

© Sputnik / Mariya Alekseeva / Mediabanka keçidAutizm xəstəsi olan uşaq, arxiv şəkli
Autizm xəstəsi olan uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər mənə sual versəniz ki, "övladı autizm xəstəsi olan valideyn nələrdən keçməlidir", cavab verərəm ki, hər bir şeyindən. Pulundan, evindən, gəncliyindən..."

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Milli Məclisdə 21-ci əsrin əsas bəlalarından biri, autizm xəstəliyi ilə bağlı Dövlət Proqramının qəbulu məsələsi gündəmə gətirilib. Bu günlərdə Səhiyyə Komitəsinin iclasında çıxış edən deputat Kamilə Əliyeva Azərbaycanda son illər autizm xəstəliyindən əziyyət çəkənlərin sayında artım müşahidə olunduğunu bildirib.

Millət vəkili qeyd edib ki, bu autizmi olanlarla bağlı məsələyə daha ciddi diqqət ayrılmalıdır:

"Hesab edirəm ki, bu xəstəliklə bağlı ayrıca Dövlət Proqramı qəbul olunmalıdır. Buna ciddi ehtiyac var. Həmçinin, autizmli xəstələrlə bağlı bəzi psixoloji yardım mərkəzlərində qiymətlər tənzimlənməlidir. Çünki bir çox mərkəzlərdə elə qiymətlər qoyulur ki, insanlar üçün onu qarşılamaq çox çətin olur. İnsanların heç də hamısı bu vəsaiti ödəmək imkanlarına malik deyil. Ona görə bu məsələdə də ciddi addımlar atılmalıdır".

Sputnik Azərbaycan-a bu barədə geniş açıqlama verən deputat bildirib ki, autizm xəstələri ilə bağlı Milli Məclisin Komitə iclasında səsləndirdiyi fikirlərə artıq reaksiya verilib. K.Əliyeva deyib ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, autizm xəstələrinin müalicə və reabilitasiyası məsələsi 2020-ci ilin yanvar ayından işə düşəcək icbari tibbi sığorta ilə tənzimlənəcək: "Autizm elə bir xəstəlikdir ki, onu dərmanla müalicə etmək mümkün deyil. Bu xəstəliyin dərmanla çarəsi yoxdur ki, valideyn o preparatı alıb uşağına versin, övladı bu bəladan xilas olsun. Üstəlik, autizm xəstələri üçün psixoloji yardımın qiyməti çox bahadır. Bu gün bu xidməti göstərən mərkəzlər autizm xəstələrinin maddi vəziyyətini nəzərə almır. Ona görə də mən qiymət məsələsinin tənzimlənməli olduğunu qeyd etmişəm.

UAFA-nın Bakıda yerləşən mərkəzində - Sputnik Azərbaycan
CƏMİYYƏT
Beş dəfə başından əməliyyat olunan onkolji xəstə, padşahın dostu olan "dovşan dodaq"...

Düşünürəm ki, autizm xəstələri ilə bağlı psixoloqların iştirakı ilə dinləmə keçirilməlidir. Bu məsələlər orada müzakirəyə çıxarılmalıdır. Məndə olan məlumatlara görə, autizm xəstəsi olan uşaqlar üçün özəl mərkəzlərdə müalicənin bir seansının qiyməti 30 manatdır. Övladı bu xəstəlikdən əziyyət çəkən valideyn məcburdur ki, həftədə ən azı üç dəfə uşağı psixoloji yardım mərkəzinə aparsın. Bu isə valideynə bir aya 360-400 manata başa gəlir. Ölkədə elə aztəminatlı ailələr var ki, bu məbləği ödəyə bilmədiklərindən övladını müalicə etdirə bilmir. Ona görə də mən təklif etdim ki, autizm xəstəliyi ilə bağlı Dövlət Proqramı qəbul olunsun".

Autizm xəstələrinə psixoloji yardım təklif edən mərkəzlərdə qiymətlər övladı bu xəstəlikdən əziyyət çəkən valideynlərin də yaralı yeridir. Azərbaycanda ilk autizm xəstəsi diaqnozu qoyulan uşağın valideyni, Zəhra Xələfova, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 20 ildir ki, bu problemlə üz-üzədir: "Millət vəkili çox sağ olsun ki, autizm xəstələri ilə bağlı ciddi məsələyə toxunub. Əgər mənə sual versəniz ki, "övladı autizm xəstəsi olan valideyn nələrdən keçməlidir", cavab verərəm ki, hər bir şeyindən. Pulundan, evindən, gəncliyindən... Elə xəstəliklər var ki, onların müalicəsinə pul xərclədikdə nəticə görürsən, xəstəlik sağalır. Autizm isə sağalması mümkün olmayan xəstəlikdir. Bu xəstəliyin daşıyıcısı olan uşaqları psixoloq, loqoped yanına aparmaqla biz onların cəmiyyətə adaptasiyasına çalışırıq".

Z.Xələfova deyir ki, bu gün autizm daşıyıcılarına psixoloji xidmət təklif edən yardım mərkəzlərində qiymətlər "ceyranın belindədir". Həmsöhbətimizin sözlərinə görə, uşağı autizm xəstəsi olan valideynlərin çoxu bu səbəbdən övladlarını psixoloqa, loqopedə apara bilmirlər: "Bu sahədə doğrudan da bir hərc-mərclik, soyğunçuluq var. Autizm xəstələri üçün psixoloji xidmət göstərən mərkəzlər nə xəstə uşağı, nə də onların çarəsiz durumda olan valideynini düşünür. Təsəvvür edin ki, bu gün autizm xəstəliyi daşıyıcısı olan uşaqlar üçün psixoloq və loqopedin bir seansı 20-30 manatdır. Belə uşaqlar ayda minimum 36 saat psixoloq və loqopedin qəbulunda olmalıdırlar. Amma valideynlərin çoxunun buna imkanı olmadığından, onlar uşaqlarını belə mərkəzlərə apara bilmirlər.

Həkim əməliyyatdan əvvəl - Sputnik Azərbaycan
Uşağın qarnından 2 kiloqram plastik çıxıb

Bu gün Azərbaycanda autizm xəstəsi olan uşaqların ödənişli xidmət almaqdan başqa çarəsi yoxdur. Dövlət uşaq bərpa müəssisələrində isə belə uşaqlar uzaqbaşı bir ay müalicə olunur. Bu müddətdə isə xəstə uşaqlar ancaq o müəssisəyə adaptasiya olurlar. Ona görə də övladı autizm xəstəsi olan valideynlər məcburiyyət qarşısında pullu xidmətdən yararlanmalı olurlar. Buna isə təbii ki, hər valideynin imkanı çatmır. Çünki autizm xəstələrinə psixoloji yardım göstərən mərkəzlər uşaq hər gün psixoloji xidmət aldığı halda güzəşt edirlər. Hər gün uşağı belə mərkəzlərə aparmaq isə valideynlərin çoxunun imkanı xaricində olduğundan, autizm xəstəsi olan uşaqlar üçün psixoloji xidmətin bir saatına 30 manat pul ödəməli olurlar".

Autizm xəstələrinə psixoloji yardım mərkəzlərində də bunu təsdiqlədilər. Apardığımız araşdırma zamanı bəlli oldu ki, autizm xəstəsi olan uşağın belə mərkəzlərdə bir saat psixoloji və loqoped müalicəsi 20-30 manat arasında dəyişir.

O da bəlli oldu ki, autizm xəstəsi olan uşaqlara paytaxtda iki pulsuz psixoloji xidmət göstərən bərpa mərkəzi var. Onlardan birinin, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin direktoru Sevinc Yusifova Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, müəssisədə 65-70-ə qədər autizm xəstəsi olan uşaq qeydiyyatdadır. Onun sözlərinə görə, müəssisədə autizm, daun sindromlu, serebral iflic xəstəsi olan uşaqların müalicəsi aparılır. Davranış pozğunluğu olan autizmli uşaqlar üçün xüsusi sensor otaqların olduğunu deyən S.Yusifova onların müalicəsinin tam pulsuz aparıldığını bildirdi.

Məktəblilər arasında onları şikəst edə biləcək xəstəliklər artır - ilginc səbəbi>>

Dövlətin belə pulsuz xidmət göstərən bərpa müəssisəsi olduğu təqdirdə autizm xəstəsi olan uşaqların hansı səbəbdən özəl psixoloji yardım mərkəzlərinə üz tutmasına gəlincə, S.Yusifova bildirib ki, müəssisə gücü çatdığı qədər müraciət edən xəstələrə xidmət göstərir: "Nəzərə almaq lazımdır ki, bizim bərpa mərkəzi təkcə autizm xəstələrinə xidmət göstərmir. Müəssisəmizdə serebral iflic, daun xəstələri də müalicə alırlar".

O ki qaldı autizm xəstəsi olan uşaqların müalicə müddətinin dövlət bərpa mərkəzlərində az olmasına, S.Yusifova bildirir ki, fərdi müalicə proqramı 10 gün çəkir. Bundan sonra valideyn autizm xəstəsi olan uşağını Nərimanov rayonunda yerləşən Uşaq Bərpa Mərkəzinə də apara bilər: "Bizim müəssisəyə təkrar müraciət etmək üçün isə aradan üç ay vaxt keçməlidir. Çünki bu xəstəlikdən əziyyət çəkən, müalicə üçün növbə gözləyən başqa uşaqlar da var. S.Yusifova bildirir ki, müəssisədə 3-18 yaş arası uşaqların psixoloji və loqoped müalicəsi aparılır. S.Yusifova bu gün müəssisədə bir psixoloq, iki loqopedin fəaliyyət göstərdiyini söyləyir. Onun sözlərinə görə, indiyədək müəssisədə 1425 xəstəyə xidmət göstərilib.

S.Yusifovanın sözlərinə görə, autizm xəstəliyinin yaranma səbəbi elmə bəlli deyil. Bu, xəstəlik davranış pozğunluğudur:

"Xəstəlik özünü iki yaşdan sonra büruzə verir. Belə uşaqlar ana ilə göz təmasından qaçır, özünə qapanır, yaxud da həddindən artıq aqressiv olurlar. Onlar arasında nitqi olanlar da olur. Ən ağır formada olanları aqressiv olanlardır. Belə uşaqlarla bəzən valideynləri də necə rəftar edəcəyini bilmirlər. Ona görə də autizm xəstəsi olan uşaqların psixoloq və loqoped müayinəsindən keçməsi, onların bu xidmətlərdən yararlanması vacibdir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda Azərbaycanda autizm sindromlu uşaqlar xüsusi reabilitasiya prosesinə cəlb olunurlar. Nazirliyin tabeliyindəki Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində autizm sindromlu uşaqlara müasir və sınanmış metodlar əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. 

Daban testi, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Həyatınızı dəyişəcək on damla qan - Sizi xilas edə bilər
Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində 61, Uşaq Bərpa Mərkəzində isə 20 autizm sindromlu uşaq qeydiyyatdadır. Hər iki reabilitasiya müəssisəsində autizm sindromlu uşaqlar mütəmadi olaraq tibbi-sosial reabilitasiya və təlim prosesinə cəlb olunurlar. Adı çəkilən müəssisələrdə bu kateqoriyadan olan uşaqların səmərəli reabilitasiyası üçün müasir şərait yaradılıb, həmin uşaqlara peşəkar psixoloq, əmək terapevti, özünəqulluq və loqoped xidmətləri təqdim olunur. Bununla yanaşı, nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələrinin bir istiqaməti də autizm xəstəliyi olan uşaqları əhatə edir. Müvafiq layihə çərçivəsində həmin kateqoriyadan olan uşaqlara defektoloji və psixoloji yardımlar göstərilir.

Xatırladaq ki, dünya əhalisinin təxminən 1 faizi, 70 milyon insan autizm sindromludur. Ölkəmizdə bu uşaqların sayının 3500-dən çox olduğu bildirilsə də, rəqəmlər dəqiq deyil. Dəqiq rəqəmlərin olmaması ailələrin bu xəstəliyi gizlətmələri, onların bu xəstəliklə bağlı məlumatsız olmalarıdır.

Xəbər lenti
0