BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanın Əməkdar artisti Abbas Bağırov yeni layihə üzərində işləyir. Sputnik Azərbaycan xəbər verir ki, müğənni yeni əməkdaşlıq barədə öz "Instagram" səhifəsində paylaşım edib.
O bildirib: "Əziz dostlar bu gün çox dəyərli, sevimli, çox zövqlü insan və musiqiçi, son 30 ildə yazılan gözəl musiqilərin müəllifi bəstəkar Elçin İmanov ilə görüşdük, yeni işbirliyimizə başladıq. Xeyirli uğurlu olsun. İnşallah tezliklə ətraflı məlumat verəcəyəm sizə".
Qeyd edək ki, Azərbaycan televiziyasının solisti Abbas Bağırov 2011-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb. "Cənnətdir Bakı", "Eşqin məhəbbəti", "Aldanma", "Balamın balası" "Bilərsənmi", "Sarı gəlin", "Aləm gözəl", "Sev məni", "Nə yaxşıki sən varsan" mahnıları ilə tamaşaçıların rəğbətini qazanıb.