SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “ABŞ-ın yeni sanksiyaları neqativ nəticələrə səbəb olmayacaq”

© Photo : Social media page of Elshad MirbashirElşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Elşad Mirbəşiroğlu deyir ki, sanksiyalar Rusiyanın da müvafiq addımlar atmasını şərtləndirib
Elşad Mirbəşiroğlu: “Trampın Rusiyaya münasibəti normaldır”

ABŞ Rusiyanın bir şirkətinə, üç vətəndaşına və beş gəmisinə sanksiya tətbiq edib. Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Politoloq Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar nəzərəçarpacaq neqativ nəticələrə səbəb olmayacaq:

“ABŞ 2014-cü ildən başlayaraq bütün strateji istiqamətlərdə Rusiyaya sanksiya tətbiq edir və artıq bütün sanksiya arsenalını sınaqdan keçirib. Öz növbəsində tətbiq olunmuş sanksiyalar Rusiyanın da müvafiq addımlar atmasını şərtləndirib. Tramp Rusiyaya qarşı kəskin ritorikasını saxlamaqla seçki öncəsi elektoratın rəğbətini qazanmağa çalışır. Əslində isə Trampın Rusiyaya münasibəti normaldır. Onun hakimiyyəti dövründəki sanksiyalar deklarativ xarakter daşıyır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0