CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yarmarkaya çıxarılacaq balla bağlı AQTA-dan açıqlama

© Sputnik / Shahperi AbbasovaQax rayonunda bal və milli mətbəx festivalı
Qax rayonunda bal və milli mətbəx festivalı - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabrın 28-dən oktyabrın 18-dək Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında bal yarmarkası keçiriləcək

BAKI, 27 sentyabr — Sputnik. Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında satışa çıxarılacaq məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində bal nümunələrinin laborator müayinəsi həyata keçirilib.

Qax rayonunda III Bal bayramı keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qax şəhəri ərəb ölkələrini heyran edən "brendi" üçün bayram düzənlədi - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb.

Ümumilikdə, götürülən 3241 nümunədən 562-si, yəni 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib.

Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında karantin şəraitində saxlanılacaq.

Qeyd edək ki, yarmarka sentyabrın 28-dən oktyabrın 18-dək Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək.

Xəbər lenti
0