CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkələrdəki söyüş kampaniyası kimlərin maraqlarına xidmət edir - ekspert şərhi

Abunə olmaq
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, ölkəmizin inkişafını istəməyən qüvvələr cəmiyyətdə ajiotaj yaratmağa çalışırlar
Azər Həsrət: “Cəmiyyət qarşısında məsuliyyətimizi dərk etməliyik”

“Sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edirlər. Orada ara qarışdırmağa cəhd edilir”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüşündə deyib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, söyüş kampaniyasının arxasında Azərbaycana qarşı olan qüvvələr dayanır:

“Ölkəmizin inkişafını istəməyən qüvvələr cəmiyyətdə ajiotaj yaratmağa çalışırlar. Buna görə də sosial media üzərindən söyüş riotikasına əsaslanan hücumlar edirlər. Bununla mübarizə üçün insanlar dözümlü, təmkinli olmalıdırlar. Dövlət və cəmiyyət qarşısında məsuliyyətimizi dərk etməliyik”.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0