CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yeni sistem yaradılır - ancaq turistlər üçün

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidVelosiped yolu, arxiv şəkli
Velosiped yolu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bir çox Avropa və dünya şəhərlərində belə sistem var. İstənilən turist mobil əlavə vasitəsilə qeydiyyatdan keçir, istənilən yerdən velosipedi götürür, gələcək dayanacaqda onu qoyur və öz gedişinə uyğun ödəniş edir

BAKI, 27 sentyabr — Sputnik. Gələn il Bakıda turistlər üçün istiqamətləndirici lövhələrin yerləşdirilməsi nəzərdə tutulur.

 Автобус BakuBus, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakılıları bir həftəyə sevindirəcəklər: şəhərdən getmək asanlaşır

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib. O bildirib ki, bununla turistlər gedəcəkləri istiqamətlər haqqında daha asan məlumat ala biləcəklər: "Yaxın illərdə Bakı üçün velosiped sistemi yaradılacaq. Bir çox Avropa və dünya şəhərlərində belə sistem var. İstənilən turist mobil əlavə (tətbiq) vasitəsilə qeydiyyatdan keçir, istənilən yerdən velosipedi götürür, gələcək dayanacaqda onu qoyur və öz gedişinə uyğun ödəniş edir. Bu, Bakının mərkəzi hissəsində - Dənizkənarı Bulvar, İçərişəhər ərazisi, Heydər Əliyev Mərkəzindən Fəvvarələr Meydanı istiqamətində ola bilər. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq edəcəyik ki, onlar bizim üçün velospied yollarını çəksinlər və biz də turizm marşrutunu təşkil edək".

Qeyd edək ki, Azərbaycanda yeni velosiped yollarının çəkilməsi məsələsi də gündəmdədir.

Xəbər lenti
0