BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanda valideynlər digər adlarla müqayisədə dini adları daha çox sevirlər. Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
Ən çox verilən 10 ad arasında bu il oğlanlarda Yusif adı liderdir: "Cari ildə 1641 körpəyə Yusif, 1522 körpəyə Əli, 1259 körpəyə Hüseyn, 974 körpəyə Ömər adı qoyulub. Qız uşaqlarına ən çox qoyulan ad isə Zəhra olub. Cari ildə 1680 körpəyə bu ad qoyulub. 1088 körpəyə Nuray, 936 körpəyə Fatimə, 1126 körpəyə Zeynəb, 1080 körpəyə Aylin və 1083 uşağa isə Məryəm adı qoyulub".