BAKI, 27 sentyabr — Sputnik. Prezident İlham Əliyev bir sıra xarici ölkələrə yeni səfirlər təyin edib.
Sputnik Azərbaycan bildirir ki, Prezidentin müvafiq sərəncamları ilə Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, Məmməd Afiq oğlu Talıbov Meksika Birləşmiş Ştatlarında, Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfirləri təyin ediliblər.