BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 0,20 dollar azalaraq 64,91 dollar olub.
"Brent" markalı neftin qiyməti 0,46 dollar geriləyərək 62,28 dollar, "Light" markalı neftin isə 0,23 dollar ucuzlaşaraq 56,18 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.