Gürcüstanda azərbaycanlılar yaşayan kəndə qaz çəkilib

© SOCAR - Official websiteGürcüstanda etnik azərbaycanlılar yaşayan kəndə SOCAR-ın sərmayəsi ilə qazpaylayıcı xətt çəkilib
Gürcüstanda etnik azərbaycanlılar yaşayan kəndə SOCAR-ın sərmayəsi ilə qazpaylayıcı xətt çəkilib - Sputnik Azərbaycan
Abunə olmaq
Marneuli bələdiyyəsinin Xancığazlı kəndində tikintisi bu yaxınlarda başa çatdırılmış qazpaylayıcı xəttin təntənəli açılış mərasimi keçirilib

BAKI, 27 sentyabr — Sputnik. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüş keçirib. Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı, SOCAR-ın bu inkişafa verdiyi töhfələr, eləcə də şirkətin Gürcüstandakı kommersiya fəaliyyətinin strateji istiqamətləri müzakirə olunub. Bu barədə Sputnik Azərbaycan-a SOCAR-dan məlumat verilib.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Prezidentinin Kvemo-Kartli vilayətində səlahiyyətli nümayəndəsi Şota Rexviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, "SOCAR Energy Georgia" və "SOCAR Georgia Gas" şirkətlərinin rəhbərliyi, həmçinin regiondan seçilmiş deputatların iştirakı ilə Marneuli bələdiyyəsinin Xancığazlı kəndində tikintisi bu yaxınlarda başa çatdırılmış qazpaylayıcı xəttin təntənəli açılış mərasimi keçirilib.

© SOCAR - Official websiteGürcüstanda etnik azərbaycanlılar yaşayan kəndə SOCAR-ın sərmayəsi ilə qazpaylayıcı xətt çəkilib
Gürcüstanda etnik azərbaycanlılar yaşayan kəndə SOCAR-ın sərmayəsi ilə qazpaylayıcı xətt çəkilib - Sputnik Azərbaycan
1/3
Gürcüstanda etnik azərbaycanlılar yaşayan kəndə SOCAR-ın sərmayəsi ilə qazpaylayıcı xətt çəkilib

2/3

3/3

Xancığazlıdakı qazpaylayıcı şəbəkənin tikintisi "SOCAR Georgia Gas" şirkətinin təşəbbüsü və sifarişi ilə həyata keçirilib və Gürcüstanın müvafiq səlahiyyətli qurumu ilə razılaşdırılıb. Boru kəmərinin uzunluğu 7400 metrdir. Görülmüş qazlaşdırma tədbirləri nəticəsində Xancığazlı kəndində yaşayan 127 ailə təbii qazdan istifadə imkanı əldə edib. 86 ailənin evi artıq qazlaşdırılıb. Hazırda Kvemo Kartli regionunda 117 mindən çox ailə təbii qaz istifadəçisidir.

Daha sonra SOCAR-ın rəhbərliyi Marneuli rayonunun ağsaqqalları və yerli icma nümayəndələri ilə görüşüb. Görüşdə SOCAR-ın Gürcüstanda həyata keçirdiyi sosial layilər barədə müzakirə aparılıb, Gürcüstanın Azərbaycan icmasının sosial problemləri, o cümlədən qonşu ölkədə təhsil alan yerli azərbaycanlıların təhsil sahəsində üzləşdiyi problemlərdən və həlli yollarından söhbət açılıb, ağsaqqalların təklifləri dinlənilib.

Həmin gün Kaspi bələdiyyəsinin Niqoza kəndində də yeni qazpaylayıcı boru kəmərinin açılışı olub. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Gürcüstan Qaz Nəqliyyat Şirkətinin baş direktoru Caba Xmaladze, Şida Kartli vilayətinin qubernatoru Giorgi Xocevanişvili, Kaspi bələdiyyəsinin rəhbəri Manuçar Merebaşvili, "SOCAR Energy Georgia" və "SOCAR Georgia Gas" şirkətlərinin rəhbərliyi iştirak ediblər.

Məlumat verilib ki, Niqoza kəndindəki qazpaylayıcı xətt Gürcüstan Qaz Nəqliyyat Şirkətinin sifarişi ilə tikilib. Uzunluğu 3 min metrdən artıq olan şəbəkənin istismarı "SOCAR Georgia Gas" tərəfindən həyata keçiriləcək. Görülən işlər nəticəsində Niqoza kəndində 90 ailə təbii qazla təmin olunub. Hazırda Şida Kartli regionunda 89 300 ailə təbii qazdan istifadə edir.

2009-cu ildən etibarən "SOCAR Georgia Gas" şirkəti ümumilikdə 11 500 kilometrə yaxın qazpaylayıcı xəttin çəkilişini həyata keçirib ki, bu da 305 mindən artıq potensial abonentə şəbəkəyə qoşulma imkanı verib. Dövlət proqramı əsasında həyata keçirilən qazlaşdırma layihəsi Gürcüstan Qaz Nəqliyyat Şirkətinin müəyyən etdiyi bölgələrdə və qurumun sifarişi əsasında həyata keçirilir. Bununla yanaşı SOCAR da, əlavə olaraq, öz investisiya proqramı çərçivəsində 700-dən çox yaşayış məntəqəsində, o cümlədən etnik azərbaycanlıların sıx yaşadığı ərazilərdə qazpaylayıcı şəbəkəni genişləndirir.

Xəbər lenti
0