CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə avtobuslarının bərpa olunma səbəbi bilindi

© Sputnik / Irade JELILБакинский Международный Автовокзал, фото из архива
Бакинский Международный Автовокзал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın "MAN" şirkətinə məxsus "Neoplan" avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Respublikada əhalinin gecə vaxtı həyata keçirilən şəhərlərarası sərnişin daşımalarına olan tələbatının təmin edilməsi və bu sahədə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə gecə reyslərinin yenidən bərpasına razılıq verilib. Sərnişin müraciətləri nəzərə alınaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Nazirlər Kabinetinə təqdim etdiyi təklifə müsbət cavab verilib.

Qeyd edək ki, 2010-cu il may ayının 6-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların gecə reysinə qadağa qoyulmuşdu. Gecə saat 01:00-dan 06:00-dək sürücülərin istirahət vaxtı müəyyən edildiyindən, Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılmışdı. Buna səbəb isə, gecə reyslərində tez-tez qəzaların baş verməsi idi. Bəs görəsən gecə reyslərinin yenidən bərpa edilməsi sərnişindaşımada qəzaların sayını artıra bilərmi?

 Автобус BakuBus, фото из архива - Sputnik Azərbaycan
Bütün avtobusların kart sisteminə keçəcəyi vaxt açıqlandı

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gecə reysləri rəsmi olaraq qadağan edilsə də, qeyri-qanuni şəkildə davam edir. Sərnişinlərin isə gecə reyslərinə tələbatı bu reyslərin bərpasını zəruri edirdi: "Çoxsaylı insanlar bu reyslərin fəaliyyətindən istifadə edir. Qeyri-qanuni sərnişindaşımanı həyata keçirənlər müxtəlif yerlərindən sərnişinləri daşıyırdılar. Həmin dövrdə gecə reyslərinə qadağanın qoyulmasının əsas səbəbi yol qəzaları ilə əlaqədar idi. Bizim yol infrastrukturumuz gecə reyslərinin həyata keçirilməsinə imkan vermirdi. Digər tərəfdən avtobusları bir sürücü idarə edirdi. Gecə reyslərində sürücülər növbə ilə işləmirdilər. Amma artıq yol infrastrukturu yaxşılaşdırılıb. Bir avtobusun başqasının yoluna çıxmaması üçün işlər aparılıb. Bu gün gecə reyslərinin aidiyyatı qurumun nəzarəti ilə bərpası vacib qərardır".

Amma bununla belə A. Allahverənov deyir ki, avtobusların gecə saatlarında reysə çıxması üçün müəyyən tələblərə cavab verməsi vacibdir: "İlk növbədə avtobuslarda taxoqrafların olması vacibdir. Bu cihazlar imkan verir ki, sürücünün sürət həddinə əməl edib-etmədiyinə, avtobusun kim tərəfindən idarə edilməsinə nəzarət etmək mümkün olsun. Mənim bildiyim qədər bizdə də gecə reyslərində avtobuslarda taxoqraf olacaq. Bundan əlavə avtobuslar iki sürücü tərəfindən idarə olunmalıdır. Həmçinin həmin sürücülər xüsusi hazırlanmış sürücülər olmalıdır. DANX bu istiqamətdə çox ciddi iş görürdü. Nəzərə almaq lazımdır ki, vaxta qənaət etmək istəyən sərnişinlər gecə reysindən məmnuniyyətlə istifadə edirlər. Ona görə də sərnişinlər qeyri-qanuni reyslərlə də olsa yola çıxmaq riskini gözə alırdılar. Əgər gecə reyslərinə nəzarət olacaqsa, artıq qanunsuz daşımaya qarşı da mübarizə sərtləşdiriləcək".

 Автобус BakuBus, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıya yeni, çox iri avtobuslar gətirilib

DANX-ın mətbuat katibi Nuridə Allahyarova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2010-cu ildə gecə reyslərinin ləğv edilməsi ölkə yollarında baş verən çoxsaylı nəqliyyat qəzaları nəticəsində həlak olan və xəsarət alanların sayının artması, əlaqədar qurumların bədbəxt hadisələri diqqətdə və nəzarətdə saxlama cəhdlərinin mümkünsüzlüyü, magistral şose yollarındakı vəziyyətin ürəkaçan olmaması, bu yolla hərəkət etməyə məcbur köhnə, texniki cəhətdən istismar üçün əlverişli olmayan avtonəqliyyat vasitələri ilə sərnişin daşınmasının təhlükəli olması faktları idi. Amma artıq altı aya yaxındır ki, sürücülər arasında rayonlararası sərnişindaşımada işləmək üçün seçim aparılır. Həmin sürücülərin səhhətləri də yoxlanılır, içərilərindən ən peşəkarları seçilir. Bundan sonra gecə reyslərində iki sürücü çalışacaq. Yol infrastrukturu tələblərə cavab verməyən yollara gecə reysləri salınmayıb. Məsələn, hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək. Bundan əlavə avtobus parkının yenilənməsi istiqamətində də çox ciddi iş görülüb. Həmçinin avtobuslar Cps sistemlərlə təmin edilib. Bu avtobuslarda sürəti də qaldırmaq mümkün olmayacaq. Çünki avtobuslar saatda 90 km sürətlə tənzimlənir. Oktyabrın ayının 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın "MAN" şirkətinə məxsus "Neoplan" avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq. Qeyd edək ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ilin mart ayından etibarən ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq".

Xəbər lenti
0