Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vergi çıxıldıqdan sonra əldə qalan pul nə qədər olacaq - AÇIQLAMA

© Sputnik / Murad OrujovPulqabında manatlar, arxiv şəkli
Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Sosial ayırmaların həyata keçirilməsi işçinin pensiya təminatı üçün vacib olduğundan sosial ödənişlər anlaşılandır. Onsuz da minimum əmək haqqından alınan gəlir vergisi büdcədə ciddi paya malik deyil" - Vüqar Bayramov

BAKI, 26 sentyabr — Sputnik. "Bu aydan ölkəmizdə minimum əmək haqqı 250 manata çatdırılsa da, həmin məbləğ minimum olsa da belə, gəlir vergisinə cəlb olunmaqdadır. Belə ki, mövcud qanunvericiliyə əsasən, qeyri-neft və qeyri-dövlət sektorunda çalışmayan və güzəştli kateqoriyaya düşməyən işçi ilə 250 manatlıq əmək müqaviləsi bağlanıbsa, ona ödənilən pul daha az olur. Qanunvericiliyə əsasən, həmin əmək haqqından 7 manat ((250 manat-200 manat) x 14 faiz) - gəlir vergisi, 7,50 manat (250 manat x 3 faiz) - sosial ayırma və 1,25 manat (250 manat x 0,5 faiz) - işsizlikdən sığorta tutulur".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vergi Məcəlləsində dəyişiklik edildi

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov özünün "Facebook" profilində məlumat paylaşıb. O bildirib ki, bu zaman işçiyə ödəniləcək məbləğ 234,25 ((250 manat -7 manat- 7.50 manat -1.25 manat) manat olur: "Deməli, minimum əmək haqqı məbləğinə uyğun müqavilə bağlayan işçi 250 manat deyil, 234 manat 25 qəpik alır. Sosial ayırmaların həyata keçirilməsi işçinin pensiya təminatı üçün vacib olduğundan sosial ödənişlər anlaşılandır. Onsuz da minimum əmək haqqından alınan gəlir vergisi büdcədə ciddi paya malik deyil. Buna görə də minimum əmək haqqının gəlir vergisindən azad edilməsinə ehtiyac var".

"Bu baxımdan, fiziki şəxslərin gəlir vergisindən azad olunan hissənin 200 manatdan 300 manatadək artırılması daha məqsədəuyğun olardı. Doğrudur, Vergi Məcəlləsində vergidən azad olunan məbləğ minimum əmək haqqı ilə əlaqələndirilməyib. Qeyri-neft və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 8 min manatdan az olanların növbəti 7 il müddətində belə güzəştlərdən istfidə etdiyini nəzərə alsaq, o zaman digər sektorlarda vergidən azad olunan məbləğin artırılmasına ehtiyac var. Bu, minimum əmək haqqı səviyyəsində maaş alan vətəndaşın daha çox əmək haqqı almasına səbəb olar", - deyə iqtisadçı alim əlavə edib.

Xəbər lenti
0