BAKI, 26 sentyabr — Sputnik. Çin polisi Quançjou şəhərinin keçmiş meri Can Tsinin evində apardığı axtarış zamanı 13,5 ton qızıl külçə aşkarlayıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, təsdiqlənməmiş məlumatlara əsasən, qızıldan başqa, onun evindən 268 milyard yuan (təxminən 64 milyard manat) pul da tapılıb.
某个人民的仆人落马了!儋州市原市长,三亚市原市委书记,海口市原市委书记张琦(安徽人,中共党员现年57岁)九月六日落马。其住宅内起获黄砖金条金砖数量惊人,现金13.5吨。另查获帐面来路不明资金2680亿,多套千余平方的豪宅……。又一次刷新了记录,令吾辈叹为观止,贫穷再一次限制了我们的想象力! pic.twitter.com/6hcgKsaFwE
— 猪血旗下 (@h1300062810) 24 сентября 2019 г.
KİV-in məlumatına görə, pul, qızıl, incəsənət əsərləri və əntiq əşyaları bir neçə hərbi yük maşını ilə daşıyıblar. Keçmiş meri edam cəzası gözləyir.
Qeyd edək ki, 57 yaşlı Can Tsi mer vəzifəsindən başqa, Kommunist Partiyasının katibi də olub. Sabiq məmur dolayı yolla dövlətdən bir neçə min kvadrat metrlik şəxsi mülkünü də gizlədə bilib.