CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlər avtobusları telefonla izləyə biləcəklər

CC0 / rawpixel.com / smsƏlində telefon tutmuş adam, arxiv şəkli
Əlində telefon tutmuş adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Yeni yaradılacaq mobil əlavədə bir bölmə də "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (NBM) üçün nəzərdə tutulub"

BAKI, 26 sentyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) özünün mobil əlavəsini (tətbiqi) istifadəyə verməyə hazırlaşır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə jurnalistlərə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, mobil əlavə sərnişinlərə avtobusların hərəkətini izləməyə imkan verəcək: "Yeni yaradılacaq mobil əlavədə bir bölmə də "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (NBM) üçün nəzərdə tutulub. Hansı ki, sərnişinlər avtobusların hərəkətini izləyə biləcəklər".

Qeyd edək ki, son vaxtlar paytaxda sərnişindaşımada avtobus parkının yenilənməsi istiqamətində iş aparılır.

Xəbər lenti
0