CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaynanadan qeyri-adi qərar: kürəkəni ömür boyu borclu olacaq

CC0 / Martin Büdenbender / DoctorHəkim əməliyyatdan əvvəl
Həkim əməliyyatdan əvvəl - Sputnik Azərbaycan
Abunə olmaq
54 yaşlı qaynana xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə böyrəyini bağışlayıb

BAKI, 26 sentyabr — Sputnik. Uğurlu böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində tanınmış cərrah olan Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsində həyata keçirilib. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, 54 yaşlı qaynana xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə böyrəyini bağışlayıb.

Mircəlal Kazımi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mircəlal Kazımi: "Orqan transplantasiyası xəstəyə verilən bir şansdır"

"Pasiyentimiz illərdir əziyyətli hemodializ seanslarını alırdı və bu da orqanizmin sağlamlığına əks təsirsiz ötüşmürdü. Vəziyyəti getdikcə pisləşdiyindən ona təcili böyrək köçürülməli idi. Nəticəsiz uyğun donor gözləmələrinin sonunda qaynanası kömək əlini uzatdı – böyrəyini bağışlayaraq kürəkəninə həyat bəxş etdi! Zəruri analiz və müayinələrdən sonra donorun sağlam olduğuna əmin olduq və əməliyyata qərar verdik.

Əməliyyatımız uğurla, fəsadsız keçdi. Xoşbəxtlikdən, köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə yaxşı vəziyyətdə yazıldı. Artıq pasiyentimiz həyatına əziyyətli hemodializ prosedurları olmadan davam edəcək. Bu hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı, yaxın etdi!" - deyə şöbə müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolan qeyd edib.

Xəbər lenti
0