BAKI, 26 sentyabr — Sputnik. Türkiyədə Qars, Ağrı, İğdır regionlarında PKK terrorçularına qarşı "Kıran-4" adlı əməliyyata başlanılıb. Bu barədə Sputnik Türkiyə ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, "Kıran-4" əməliyyatlarına 1125 personal və 75 əməliyyat qrupu cəlb olunub. Ümumilikdə "Kıran" əməliyyatlarında 48 PKK terrorçusu zərərsizləşdirilib.