CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik yayılan yalan məlumata aydınlıq gətirdi

© Sputnik / Irade JELILFHN-nin Yasamal rayon dövlət yanğından mühafizə hissəsinin avtomobili
FHN-nin Yasamal rayon dövlət yanğından mühafizə hissəsinin avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Elxan İsmayıl oğluna məxsus "Mercedes" markalı 50-CK-141 dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrik hissəsi yanıb, digər hissələr isə yanğından mühafizə olunub

BAKI, 26 sentyabr — Sputnik. Bəzi sosial şəbəkə səhifələrində 25 sentyabr 2019-cu il tarixində Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobilin yanması hadisəsinə yanğınsöndürənlərin cəlb olunmaması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bu gün saat 14:55-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Binəqədi rayonu ərazisində Bakı-Quba yolunun 7-ci kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 15:00-da (daxil olmuş zəngdən 5 dəqiqə sonra) hadisə yerinə çataraq yanğının mühərrik bölməsindən avtomobilin digər hissələrinə keçməsinin qarşısını alıb və 15:05 radələrində yanğın tam söndürülüb. Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Elxan İsmayıl oğluna məxsus "Mercedes" markalı 50-CK-141 dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrik hissəsi yanıb, digər hissələr isə yanğından mühafizə olunub.

Əlavə olunmuş müşahidə kameralarından götürülmüş kadrlardan da göründüyü kimi, yanğın FHN-in hadisə yerinə vaxtında çatmış yanğınsöndürənləri tərəfindən operativ olaraq söndürülüb. Odur ki, bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, həqiqətə uyğun olmayan bu kimi məlumatlara deyil, nazirliyin rəsmi saytı vasitəsilə yayılan təsdiqlənmiş məlumatlara istinad edilsin.

Xəbər lenti
0