Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Möhtəşəm qala gecəsi olacaq: Dünya şöhrətli ulduzlar Bakıya toplaşır

© Sputnik / Murad OrujovВид на комплекс зданий Flame Towers в Баку
Вид на комплекс зданий Flame Towers в Баку - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Bakıda "Millionaire Estate Baku"nun qala gecəsi keçiriləcək və dünyaca məşhur modellər üç gün Azərbaycan paytaxtında dəb küləkləri əsdirəcəklər

BAKI, 26 sentyabr — Sputnik. Sentyabrın 27-dən 30-dək "Holiday Group" və "Led.Az Events" şirkətinin birgə təşkilatçılığı ilə paytaxtımızda ilk dəfə "Millionaire Estate Baku"nun qala gecəsi keçiriləcək.

Azerbaijan Fashion Week-də ikinci gün - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycan Moda Həftəsində ikinci gün: fərdilik və zəriflik

Gecəyə dünyanın hər tərəfindən məşhur influenser və blogerlər, eyni zamanda ölkənin tanınmış simaları qatılacaq. Onlar arasında məşhur TV aparıcı, model Hofit Golan, türkiyəli model, aktrisa, dəb ikonası sayılan İvana Sərt, prodüser və aktyor, lüks həyat tərzinin simvollarından biri hesab olunan Tom Claeren, sosial şəbəkədə məşhurluq qazanan üç bacı - dəb blogerləri Nadine Abdel Aziz, Farah Abdel Aziz və Alice Abdel Aziz kimi populyar simalar yer alır. Yaxın Şərqdən olan məşhur bacılar 2015-ci ildə Vogue İtalia nəşri tərəfindən "rəqəmsal şahzadələr" tituluna yiyələniblər.

Böyük şöhrət və populyarlıq qazanmış bu ulduzlar paytaxtımıza ilk dəfə səfər edəcəklər. Layihənin ulduz səfirləri isə xalq artisti, məşhur müğənni Faiq Ağayev və "Eurovision- 2019" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayevdir.

Beynəlxalq "The Luxury Network" şirkəti və "AzPromo" kimi nüfuzlu qurum tərəfindən dəstəklənən tədbirin əsas məqsədi ölkəmizin turizm sektorunun inkişafına böyük töhfə vermək və "Made İn Azerbaijan" brendini dünya ictimaiyyətinə tanıtmaqdır. Tədbirin qala gecəsində özəl üzvlük klubu hesab olunan "Millionaire Concept Baku"nun möhtəşəm açılışı da baş tutacaq. Klubun əsas məqsədi böyük şirkətlər arasında əlaqələri inkişaf etdirmək və qarşılıqlı biznesin uğurlu inkişafı üçün onların birgə fəaliyyət göstərmələrinə nail olmaqdır.

© Instagram / Millionaire Estate BakuBakıda "Millionaire Estate Baku"nun qala gecəsi keçiriləcək
Möhtəşəm qala gecəsi olacaq: Dünya şöhrətli ulduzlar Bakıya toplaşır - Sputnik Azərbaycan
Bakıda "Millionaire Estate Baku"nun qala gecəsi keçiriləcək

Layihənin əsas məqsədi Azərbaycan iqtisadiyyatının inkişafına dəstək vermək, yerli və xarici sahibkarların B2B görüşlərini təşkil etmək və "Made İn Azerbaijan" şüarı altında çıxış edən brendləri xarici qonaqlara sərgiləməkdir.

Layihə çərçivəsində yerli istehsalçılar öz məhsullarını xarici qonaqlara tanıdıb təbliğ etmək üçün yaxşı imkan qazanacaqlar. Qlobal xarakter daşıyan və 3 gün davam edəcək tədbirdə qonaqlar əyləncəli şoudan zövq almaqla yanaşı, informativ, məhsuldar və biznes yönümlü proqramdan yararlanmaq imkanını əldə edəcəklər. Qeyd edək ki, layihənin təşkilatçıları Agil Məmiyev, Nərmin Səfərova və Əliağa Kürçaylıdır.

Sputnik Azərbaycan tədbirin informasiya tərəfdaşıdır.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала