Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Məktəblərdə şagird sıxlığını necə həll etmək olar - ekspert şərhi

Abunə olmaq
Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, hər bir şagird yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil almalıdır
Məlahət Mürşüdlü: “Şagird sıxlığı olan yerdə təlimin keyfiyyətindən söhbət gedə bilməz”

“Orta məktəblərdə şagird sıxlığı daha çox Bakının mərkəzi məktəblərində hiss olunur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Məlahət Mürşüdlü deyib.

Ekspert bildirib ki, yaxşı ibtidai sinif müəllimi, qüvvətli fənn müəllimi axtarışında olan valideynlər Mərdəkan, Buzovna və digər yerlərdən öz uşaqlarını mərkəzdə yerləşən məktəblərə gətirirlər: "Bu da siniflərdə sıxlıq yaradır. Hazırda elə ibtidai siniflər var ki, 40-45 şagird təhsil alır və burada müəllim üçün təlimin keyfiyyətindən söhbət gedə bilməz. Şagird sıxlığının aradan qaldırılması üçün əvvəllər belə bir qayda var idi ki, hər bir şagird yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil almalıdır. Başqa ərazilərdə olan məktəbə getməməlidir".

Təhsil Nazirliyindən bildirilib ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə görə, hazırda bir çox məktəblərdə şagird sayı normativə uyğundur.  Lakin bəzi məktəblərdə sinif otaqlarının çatışmazlığı səbəbindən uşaqların sıxlığının müvafiq normadan artıq olduğu müşahidə edilir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0