Ərdoğan Vaşinqtona əsəbləşdi – Yunanıstana olar, bizə yox?

© REUTERS / Mark SchiefelbeinTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz cənab Obamanın dövründə "Patriot"ları istədik, amma bizə "Konqres izn vermir" dedilər və bu sistemləri bizə vermədilər"

BAKI, 26 sentyabr — Sputnik. Biz düşünürük ki, "S-400"lə bağlı məsələ Türkiyə - ABŞ münasibətlərini tamamilə pozmamalıdır. Çünki Türkiyənin müdafiə sahəsində bu sistemlərə ehtiyacı var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "Fox" telekanalına müsahibəsində bildirib.

Patriot raket sistemi - Sputnik Azərbaycan
Rusiyadan öldürücü bəyanat: "S-400"lər "F-35"lərin işini poza bilər

"Bunu açıq şəkildə qeyd etmək istəyirəm ki, ABŞ-ın "S-400" məsələsi ilə bağlı mövqeyini təhdid olaraq görmürəm. Niyə? Çünki biz cənab Obamanın dövründə "Patriot"ları istədik, amma bizə "Konqres izn vermir" dedilər və bu sistemləri bizə vermədilər. Daha sonra cənab Trampın dönəmində də bu raketləri almaq istədik, amma bu zaman da ala bilmədik. Biz isə müdafiə sistemində ehtiyacımızı ödəməli idik. Bunun üçün də müdafiə sistemləri ilə bağlı Rusiya ilə belə bir addım atdıq. Çox yaxşı kredit şərtləri və ortaq istehsal sahəsində razılığa gəlincə bu addımı atmaq qərarına gəldik", - deyə Türkiyə Prezidenti vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, şərtlər yaxşı olacağı təqdirdə ABŞ-dan da hava hücumundan müdafiə sistemləri alına bilər: ""S-400"lə bağlı məsələ Türkiyə - ABŞ münasibətlərini pozmamalıdır. Çünki Türkiyənin müdafiə sahəsində bu sistemlərə ehtiyacı var. "S-400"lərə bənzər sistemlər Yunanıstan, Bolqarıstan, Slovakiyada da var. Onlar da NATO ölkəsidir. Onlara olarsa, Türkiyəyə niyə olmaz?"

Xəbər lenti
0