BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist, tanınmış aktyor Elman Rəfiyev ABŞ-da səfərdə olub.
Sputnik Azərbaycan xəbər verir ki, aktyor istirahət zamanı maraqlı görüntülər çəkərək öz "Facebook" hesabında paylaşım edib. Videoda Kaliforniyanın Santa Monika şəhərinin küçələrində iranlı xanımın Azərbaycan mahnısını ifa etməsi əks olunub. O, müğənni Əlikram Bayramovun repertuarndan olan "Ölürəm sənin üçün" mahnısını ifa edir.
Qeyd edək ki, Əməkdar artist Elman Rəfiyevin qız övladı Amerikada yaşayır. Aktyor okeanın o tayına istirahət məqsədilə gedib.