BAKI, 26 sentyabr — Sputnik. Türkiyədən sonra İndoneziyada da güclü zəlzələ baş verib.
Sputnik Azərbaycan “Haber7”yə istinadla xəbər verir ki, Maluku əyalətində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Zəlzələ əyalətin paytaxtı Ambondan 40 kilometr şimal-şərqində, yerin 10 kilometr dərinliyində baş verib. Bildirilir ki, 12 mindən çox sakin yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
Zəlzələ nəticəsində iki universitet, iki xəstəxana binası, bir körpü və 100-dən artıq ev dağılıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.
İlk zəlzələdən sonra 50-dən çox daha aşağı amplitudalı ardıcıl zəlzələ olub.
Rəsmi şəxslər təbii fəlakət nəticəsində ölənlərin sayının artacağından narahatdırlar.