BAKI, 26 sentyabr — Sputnik. Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə danışaraq bu istiqamətdə münasibətlərin inkişaf etdiyini vurğulayıb.
Tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirib və 2020-ci il üçün əsas fəaliyyət istiqamətlərini müəyyən ediblər.
Görüşün sonunda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasının Protokolu” imzalanıb.