Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda böyük auksion keçiriləcək – Hər şeyi satacaqlar

Xəbərlərə abunə olun
Tədbirdə əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionu nəzərdə tutulur

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Auction Baku" MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə növbəti auksion üçün əsərlərin qəbuluna start verilir.

Sputnik Azərbaycan xəbər verir ki, auksion Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin patronajlığı altında Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərinin yaradılması, alıcı və satıcılar arasında əlaqə qurulması, art biznes sahəsində rəqabət qabiliyyətliyinin gücləndirilməsi məqsədilə həyata keçirilir.

Yana Batırşina, arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycanda qeyri-adi auksion: Səfirin əşyasını alıb özünə qaytardılar

Nazirlikdən verilən məlumata görə, tədbirdə əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionu nəzərdə tutulur.

Xatırladaq ki, "Auksion Baku"da qeydiyyat iki cür aparılacaq - alıcılar və satıcılar üçün. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

Tədbirin oktyabr ayında keçirilməsi planlaşdırılır. Artıq auksionda iştirak üçün müraciətə start verilib.

Qeyd edək ki, bu il mayın 21-də Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və "Auction Baku" MMC-nin təşkilatçılığı ilə "Hilton Baku" otelində paytaxtımızda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirilmişdi.

Auksionda Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Gennadi Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzəyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov və Aslan Rüstəmovun rəsm əsərləri, eləcə də Şamil Cəfərovun "İnqermandland" adlı I Pyotr (1682-1725) dövrünə aid döyüş gəmisinin maketi təqdim olunmuşdu. Hərraca çıxarılan əsərlərin ilkin qiymətləri 500-70 000 manat arasında dəyişirdi.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала