ABŞ İrana görə Çinə yeni sanksiyalar tətbiq edəcək

© REUTERS / Jessica LutzNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni məhdudlaşdırıcı addımlarda məqsəd İran rejimini kritik əhəmiyyətə malik gəlirlərdən məhrum etməkdir

BAKI, 26 sentyabr — Sputnik. Birləşmiş Ştatlar bu ölkənin sanksiyalarına baxmayaraq İran neftinin daşınmasını həyata keçirən iki Çin holdinqinə qarşı sanksiya tətbiq edəcək.

Бурение первой нефтяной скважины на Биби-Эйбате - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dron hücumu ABŞ-la Çini geri plana atdı: Azərbaycan neft bazarından nə gözləsin?
  Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

Dövlət katibi vurğulayıb ki, yeni məhdudlaşdırıcı addımlarda məqsəd İran rejimini kritik əhəmiyyətə malik gəlirlərdən məhrum etməkdir.

Sanksiyalar Çinin "Kunlun Holding Company", "COSCO Shipping Tanker (Dalian)" holdinqlərinə tətbiq olunur. Bu holdinqlərə daha əvvəl ABŞ tərəfindən sanksiya siyahısına salınan "China Concord Petroleum Co., Limited", "Kunlun Shipping Company Limited", "Pegasus 88 Limited"," COSCO Shipping Tanker (Dalian) Seaman & Ship Management Co, Ltd" şirkətləri də daxildir.

Xəbər lenti
0