CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bu məktəbindən bir məzun belə universitetə qəbul ola bilmədi - İlginc səbəb

© © Sputnik / Pavel LisitsyinУченики ожидают начала экзамена, фото из архива
Ученики ожидают начала экзамена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məzunların sayı az olduğundan, bu da ali məktəbə sənəd verən, qəbul olanlarla bağlı göstəricinin aşağı düşməsinə gətirib çıxarır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. 2018-ci ildə keçirilən qəbul imtahanlarında Bakı şəhəri 140 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Abituriyent" jurnalının 12-ci sayında bildirilib. Bu məlumat sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Paytaxtda yerləşən 140 saylı məktəbin bir məzununun belə ali məktəbə qəbul olmaması bu təhsil ocağını qınaq obyektinə çevirib. Sosial şəbəkə istifadəçiləri bunun səbəbini həmin məktəbdə təhsilin səviyyəsinin aşağı olması ilə əlaqələndiriblər. Sputnik Azərbaycan paytaxtda bir məzunu belə ali məktəbə qəbul olmayan ümumtəhsil müəssisəsinin olmasının səbəbini araşdırıb.

Fuad Muradov - Sputnik Azərbaycan
Komitə sədri: “Türkiyədə təhsil alanların problemi həll olunur”

Məktəbin direktoru Məcid Rəsulov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil müəssisəsi Bakının Suraxanı rayonu ərazisində, Bülbülə qəsəbəsində yerləşir. M.Rəsulovun sözlərinə görə, 2017-2018-ci tədris ilində məktəbi 5 məzun başa vurub. Direktor bildirib ki, onlardan yalnız biri ikinci turda özəl ali təhsil müəssisələrindən birinə qəbul olub: "Bu ötən ilin statistikasıdır. Bu il isə bizim məktəbin 12 məzunundan 6 nəfəri ali məktəbə, 2 nəfəri isə kollecə qəbul olub. Məktəbimizdə ali məktəbə qəbul olunanların sayının az olmasının səbəbi, şagirdlərin sayının azlığı ilə bağlıdır. Bizim qəsəbədə üç biri-birinə yaxın məktəb yerləşir. Uşaqların sayı isə azdır. Ona görə də məktəblər arasında paylaşdıqda şagird sayı az olur. Nəticədə məzunların sayı az olduğundan, bu da ali məktəbə sənəd verən, qəbul olanlarla bağlı göstəricinin aşağı düşməsinə gətirib çıxardır".

M.Rəsulovun sözlərinə görə, əvvəlki illərdə məktəb məzunları arasında ali məktəbə daxil olma faizi 35-40 faiz olub. Ümumi məzunların 50-60 faizi ali məktəblərə sənəd verib.

M.Rəsulov həmçinin bildirib ki, məktəbdə təhsil səviyyəsi normaldır. Təhsil müəssisəsindən ali məktəbə qəbul olanların statistikasının aşağı olması isə sırf şagird sayının azlığı ilə bağlıdır.

Xəbər lenti
0