Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı Robertino "Altın kelebek" mükafatını qazana bilər

© Instagram / emineminzadaАзербайджанский вокалист, президентский стипендиат Эмин Эминзаде, фото из архива
Азербайджанский вокалист, президентский стипендиат Эмин Эминзаде, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı vokalçı, prezident təqaüdçüsü Emin Eminzadə "Azerbaycanın en iyisi" nominasiyasında "Altın Kelebek"i qazanmağa namizəddir.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycanlı vokalçı, prezident təqaüdçüsü Emin Eminzadə "Azerbaycanın en iyisi" ("Azərbaycanın ən yaxşısı") nominasiyası üzrə nüfuzlu "Altın Kelebek" ("Qızıl kəpənək") türk mükafatını ala bilər.

Müğənni ən böyük arzularından birinin yaxında reallaşa biləcəyi üçün hədsiz dərəcədə xoşbəxtdir. Amma bunun üçün ona həmyerlilərinin dəstəyi lazımdır. Eminzadə Sputnik Azərbaycan-a bildirib ki, bu mükafatı almaq üçün layihənin https://www.pantenealtinkelebekodulleri.com/OyVer saytında qeydiyyatdan keçərək səsvermədə iştirak etmək və 39-cu nominasiyada ona səs vermək lazımdır.

Səsvermənin ilk turu sentyabrın 20-dən oktyabrın 5-dək keçiriləcək. Layihənin finalı dekabrda olacaq.

Xatırladaq ki, 2018-ci ildə bu nominasiya üzrə "Altin Kelebek" mükafatını Azərbaycanın xalq artisti Aygün Kazımova qazanıb. Bu mükafat Türkiyənin televiziya və musiqi sənəti sahəsində ən nüfuzlu mükafatdır.

Emin Eminzadə Qazaxıstanın "Qızıl mikrofon", İtaliyanın "Elia Catalano", İspaniyanın "Opus-2012" beynəlxalq müsabiqələrinin laureatıdır. O, Bakıda məşhur italyan ifaçısı Robertino Loretti ilə eyni səhnəni bölüşüb və onunla birlikdə Jamayka və O Sole Mio kompozisiyalarını duet oxuyub. Dünya şöhrətli italyan ulduz konsertdən sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.

İfaçı tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-da təhsil almaq üçün təqaüd qazanıb və Texasa yollanıb. Sonra o, "American Musical and Dramatic Academy"yə daxil olub və orada təhsil alan ilk azərbaycanlı olub. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb.

Xəbər lenti
0