BAKI, 25 sentyabr — Sputnik. Türkiyədə çevik polis əməkdaşlarını daşıyan avtobusa hücum olub.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bombalı hücum Adana vilayətinin Yüregir rayonunda baş verib.
İlkin məlumata görə, hücumda 5 polis yaralanıb. Yaralananlar müxtəlif xəstəxanalara aparılıblar.
Hücumda ətrafdakı avtomobillər də zərər görüb. Hadisədən sonra bölgəyə çoxlu sayda polis və təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə araşdırılır.