CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir də gördün, getdi nəfəs, gəlmədi - Yeniyetmələr üçün yeni oyuncaq ölüm saçır

CC BY 2.0 / VAPES / udtdrElektron siqaret (veyp) və mobil telefon, arxiv şəkli
Elektron siqaret (veyp) və mobil telefon, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər yeniyetmədən daim sərt meyvə, nanə və s. qoxular gəlirsə, şübhələnməyə dəyər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. ABŞ-ın İllinoys ştatında bir kişi elektron siqaret çəkdiyinə görə ağır tənəffüs problemi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə yerli dövlət səhiyyə idarəsindən məlumat verilib.

Tütün sahəsi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Zərərli vərdiş ölkəmizdən milyonlarla dolları xaricə axıdır

Qeyd etmək lazımdır ki, bu, elektron siqaretdən (veyp) baş vermiş ilk ölüm halıdır. Bundan başqa, son həftələrdə elektron siqaret çəkdiyinə görə nəfəsalma problemi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 2 dəfə artıb. Xəstəxanaya 17-38 yaşlarında 22 nəfər qəbul olunub.

Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərə elektron siqaretlərin satışı qadağan edilsə də, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai Sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, elektron siqaretlərə daha çox yeniyetmələr üstünlük verirlər:

"Yeniyetmələr siftə elektron siqaretlə başlayırlar. Elektron siqaret istifadəçiləri olan yeniyetmələrin adi siqaretə keçmə ehtimalı iki dəfə daha yüksək olur".

Onun sözlərinə görə, elektron siqaretin mayesi qızdırılan zaman buxar əmələ gətirir. Bu buxar sağlamlıq üçün zərərlidir. Çünki elektron siqaretlərin mayesinin tərkibində nikotin olur.

"Bir çoxlarında nikotin aromatizatorların tərkibində olur. Elektron siqaretlərin katriclərində olan mayelərin qızdırılması zamanı əmələ gətirdiyi maddələr var. Bu maddələr - aldehid, formaldehid, orqanik maddələr, hidrokarbonat, ağır metallar - müxtəlif onkoloji, eləcə də ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola bilər. Belə maddələr insanların hüceyrələrini də zədələyə bilir", - deyə Musayev əlavə edib.

T.Musayev bildirib ki, havada olan digər maddələr ciyərlərə mənfi təsir göstərir.

Təcrübələr göstərir ki, hətta yeni firmanın istehsalı olan elektron siqaretlərin əmələ gətirdiyi buxarda toksik maddələrin səviyyəsi müxtəlif ola bilər. Bu, qızdırılma səviyyəsi ilə əlaqəlidir. Bu da onu bir daha sübut edir ki, elektron siqaretlər heç də təhlükəsiz deyil: "Dünya səviyyəsində müxtəlif təşkilatlar bununla bağlı araşdırmalar aparır. Elektron siqaretlərin hansı dərəcədə zərərli olduğunu bilmək üçün bu tədqiqatlar aparılmalıdır. Buxar əmələ gətirən elektron siqaretlər və qızdırcı elektron siqaretlər var. Bunlar yeni nəsil siqaretlərdir".

T.Musayev vurğulayıb ki, tütün məhsullarının istifadəsinin məhdudlaşdırılmasına dair qanun qəbul edilib.

"Qanunun ilk maddələrində qeyd edilib ki, elektron siqaretlər, qəlyan və siqaret tütün məmulatlarına aid edilir. Qanunun müddəaları bütün məmulatlara aiddir. Yəni siqaretlə bağlı hansı qadağalar varsa, elekton siqaretlərə də aid edilir. İstənilən növ siqaret təhlükəlidir", - Musayev deyib.

Terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, elektron siqaretin 30 nəfəsi bir siqaretə bərabərdir.

Ərzaq dükanı - supermarket, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda bəzi məhsulların qiyməti dəyişib – SİYAHI

"Elektron siqaretlərin tərkibində olan propilen-qlikol, etanol və digər zərərli maddələr asılılıq yaradır. Elektron siqaret tütün məhsuludur və tərkibində xərçəngin bir çox növlərinə səbəb ola biləcək maddələr var. Elmi araşdırmalarda bu siqaretlərin tərkibində tütün və etanolla yanaşı, qliserol, aseton, butadien, formaldehid, nikel, qalay və s. maddələrin olduğu müəyyən edilib. 1950-ci illərdə filtrli siqaretlər də cəmiyyətə zərərsizdir deyə təqdim edilmişdi. İndi də elektron siqaretləri bu cür təklif edərək satırlar", - deyə həkim bildirib.

Terapevtin sözlərinə görə, valideynlər övladlarına qarşı diqqətli olmalıdırlar: "Valideyn diqqətli olarsa, övladı pis vərdişlərə qurşanmaz. Əgər yeniyetmədən daim sərt meyvə, nanə və s. qoxular gəlirsə, şübhələnməyə dəyər. Elektron siqaret yeniyetmələr üçün daha təhlükəlidir. Elektron siqaretin tüstüsü ağciyər xəstəliklərinə, ürək-damar xəstəliyinə və xərçəngə səbəb ola bilər".

Xəbər lenti
0