Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qazaxda maşın vuran qızların son durumu açıqlandı

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralılar Qazax Rayon Diaqnostika Mərkəzinə gətiriliblər, bu gün müayinə olunduqdan sonra evə buraxılacaqlar

BAKI, 25 sentyabr — Sputnik. Qazax rayonunun Şıxlı kəndində yol qəzası baş verib, yolu keçmək istəyən iki qızı maşın vurub. Məlumata görə, piyada Mirzəliyeva Gülnur və Məmmədova Tamaşa "VAZ-21099" markalı avtomobil tərəfindən vurulub. Xəsarət alanların hər ikisinin 18 yaşı olub.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda isə xəsarət alanların səhhətləri ilə bağlı son durum açıqlanıb. Qeyd olunub ki, yaralılar artıq Qazax Rayon Diaqnostika Mərkəzinə gətiriliblər. Nazirlikdən verilən məlumatda qeyd olunub ki, xəsarət alan şəxslər bu gün müayinə olunduqdan sonra evə buraxılacaqlar.

Xəbər lenti
0