Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Bir kəmər, bir yol" - Azərbaycanla Türkiyə daha çox qazana bilər

Abunə olmaq
“Gömrük sisteminin bir-birinə inteqrasiya olunması və Orta Asiya ölkələrinin də bu prosesə qoşulması Azərbaycan və Türkiyənin Şərq-Qərb dəhlizində mövqeyini gücləndirir, qlobal tranzit daşımalarından daha böyük pay almasına xidmət edir”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xətti yaradılacaq. Sputnik Azərbaycan TRT-yə istinadla xəbər verir ki, Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib ki, Güzəştli Ticarət Anlaşmasının bu il ərzində imzalanması, qarşılıqlı ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sürətləndirilməsi üçün iki ölkə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması məsələsində razılıq əldə olunub. 

Автозаправочная станция на трассе Баку-Сумгайыт - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Rüsum sıfırlandı - Azərbaycanda benzinin qiyməti dəyişəcək?

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılmasını Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a şərh edib.

Ekspert iki ölkə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılmasını doğru addım hesab edir: “Məsələyə bir qədər makro səviyyədə baxmaq lazımdır. Dünya iqtisadiyyatında Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" layihəsi var. O, Azərbaycan və Türkiyə də daxil olmaqla dünyanın 60-dan çox ölkəsini əhatə edir. Bu layihə Çinin dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirir, eyni zamanda Çin ilə Avropa arasındakı nəqliyyat, tranzit imkanlarının genişləndirilməsinə xidmət edir. Burada ən vacib məqamlardan biri Çin ilə Avropa İttifaqı arasında həyata keçirilən ticarətdə bölgədəki ölkələrin gömrük sistemlərində mövcud olan problemlər və uyğunsuzluqlardır”.

“Problemlər ondan ibarətdir ki, hər bir ölkədə gömrük proseduru fərqli olduğu və bir-birinə inteqrasiya etmədiyi üçün gecikmələr baş verir. Bu gecikmələr də Türkiyə və Azərbaycanın yerləşdiyi ticarət dəhlizinin rəqabət qabiliyyətini aşağı salır. Azərbaycan və Türkiyə "Bir kəmər, bir yol" layihəsinə qoşulub və bu yolun ticarət üçün daha əlverişli olmasına çalışır. Yəni məsələnin qlobal tərəfi odur ki, Azərbaycan ilə Türkiyə arasında gömrük keçidləri kifayət qədər sadələşdirilsin”, - deyə o bildirib.

Ekspert qeyd edib ki, bu, eyni zamanda Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin artmasına xidmət edir: “Gömrük sisteminin bir-birinə inteqrasiya olunması və Orta Asiya ölkələrinin də bu prosesə qoşulması Azərbaycan və Türkiyənin Şərq-Qərb dəhlizində mövqeyini gücləndirir, qlobal tranzit daşımalarından daha böyük pay almasına xidmət edir.

Dəri, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Özgə dərisində axsamaq - evdəkini çürüdürük, xaricidən "kral" düzəldirik
 Yəni artıq bizim yerləşdiyimiz region dünyada yeganə əlverişli məkan deyil, Şərq ilə Qərb arasında yükdaşımalarda, ticarətdə, malların axınında alternativ yollar var. Bu yollar inkişaf etdikcə Azərbaycanın da öz dəhlizini daha rəqabətqabiliyyətli etməsini tələb edir. Ona görə də bu istiqamətdə atılan hər bir addım alqışlanmalıdır”.

Ekspert hesab edir ki, inteqrasiya daha da dərinləşməlidir: “Hələ də bir sıra uyğunsuzluqlar var. Bu da Türkiyə ilə Azərbaycanın arasında gömrük rejimlərinin fərqli olmasından irəli gəlir. Türkiyə Avropa Gömrük İttifaqına (AGİ) üzv olan ölkədir. Azərbaycan isə MDB məkanında sərbəst ticarət anlaşmaları imzalayıb, yəni bu sistemlər arasında bəzi fərqlər var. Amma düşünürəm ki, ən azı, seçimli ticarət sazişləri ilə problemləri müəyyən qədər aradan qaldırmaq olar. Azərbaycan ilə Türkiyə arasında bir neçə məhsul üzrə də gömrük rüsumlarının aşağı salınması gözlənilir”.

“Gömrük nə qədər sadə olsa, insanlar daha çox gedib-gələr və daha çox ticarət əməliyyatları həyata keçirərlər. Ticarətdə uduzan tərəf yoxdur, hər kəs qazanır. Bu da əhalinin rifahına xidmət edir”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, sentyabrın 16-da Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Biznes forumda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 28 faiz artaraq 3,4 milyard dollar təşkil edib, artım tendensiyasının davam etdiyi 2019-cu ilin ilk 7 ayında isə bu göstərici keçən ilin eyni dövrünə nisbətən 33 faiz artaraq 2,3 milyard dollara çatıb: "Bununla belə, qarşılıqlı ticarətin daha da genişləndirilməsi, strukturunun şaxələndirilməsi əsas hədəfimizdir".

Xəbər lenti
0