Lavrov və Zelenski arasında görüş baş tutub

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidПресс-конференция главы МИД РФ С. Лаврова
Пресс-конференция главы МИД РФ С. Лаврова - Sputnik Azərbaycan
Abunə olmaq
Lavrov BMT Baş Assambleyasının sessiyasında Rusiya nümayəndə heyətinə başçılıq edir. Onun sentyabrın 27-də çıxış edəcəyi gözlənilir

BAKI, 25 sentyabr — Sputnik. BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilmiş ziyafət zamanı Rusiya Xarici işlər naziri Sergey Lavrov və Ukrayna Prezidenti Vladimir Zelenski arasında qısa görüş baş tutub.

Ukrayna Prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
Zelenski xoşbəxtliyin sirrini açıqladı

Spuntik Azərbaycan xəbər verir ki, məlumatı RİA Novosti-yə Nyu-Yorkda olan məlumatlı mənbə verib. Mənbə deyib ki, söhbət kifayət qədər "işgüzar" xarakterli olub.

Lavrov BMT Baş Assambleyasının sessiyasında Rusiya nümayəndə heyətinə başçılıq edir. Onun sentyabrın 27-də çıxış edəcəyi gözlənilir.

Rusiya xarici işlər naziri sentyabrın 24-də Səudiyyə Ərəbistanından olan həmkarı İbrahim Əl-Əssafla görüşüb. Onlar ikitərəfli münasibətləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin Ər-Riyada səfərini müzakirə ediblər.

Diplomat həmçinin Rusiya, Türkiyə və İranın üzv olduğu "Astana üçlüyü" formatında nazirlərin görüşündə iştirak edib.

Mənbə həmçinin bildirib ki, Lavrov çərşənbə günü Yaponiyanın yeni Xarici işlər naziri Tosimitsu Moteqi ilə də görüşəcək.

Xəbər lenti
0