CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürüşmə zonasına su və kanalizasiya sistemi çəkilir

© Sputnik / Irade JELILBadamdarda süşürmə zonasındakı vəziyyət. 19 oktyabr 2018-ci il
Badamdarda süşürmə zonasındakı vəziyyət. 19 oktyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Layihəyə görə, ərazidə 23 km-ə yaxın kanalizasiya, 12 km-ə qədər isə su xətlərinin çəkilişi nəzərdə tutulub

BAKI, 25 sentyabr — Sputnik. Gələn ay Badamdar qəsəbəsində sürüşmə zonasında su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, Badamdar qəsəbəsi, üçüncü massiv ərazisində həm su, həm də kanalizasiya şəbəkələrinin tikintisi ilə bağlı layihələndirmə işləri yekunlaşıb. Layihəyə görə, ərazidə 23 km-ə yaxın kanalizasiya, 12 km-ə qədər isə su xətlərinin çəkilişi nəzərdə tutulub.

"Kanalizasiya xətlərinin tikintisində 200-800 mm diametrli, su xətlərində isə diametri 63-225 mm-lik borulardan istifadə olunacaq. İşlərin yekununda ərazidə yerləşən evlərin hər birinə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq. Layihənin 2020-ci ildə tam yekunlaşacağı proqnozlaşdırılır", - deyə A,Cəbrayıllı bildirib.

Xəbər lenti
0