Ermənistanda hərbçiləri daşıyan avtomobil qəzaya uğradı

© Sputnik / StringerErmənistanın Armavir vilayətində Müdafiə Nazirliyinə məxsus "QAZ-66" markalı avtomobil "BMW" markalı avtomobillə toqquşub
Ermənistanın Armavir vilayətində Müdafiə Nazirliyinə məxsus QAZ-66 markalı avtomobil BMW markalı avtomobillə toqquşub - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan bildirib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb

BAKI, 25 sentyabr — Sputnik. Ermənistanın Armavir vilayətində Müdafiə Nazirliyinə məxsus "QAZ-66" markalı avtomobil "BMW" markalı avtomobillə toqquşub. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə bu gün səhər saatlarında baş verib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan bildirib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb: "Ona ilkin yardım göstərilib və o, xəstəxanadan evə buraxılıb".

Xəbər lenti
0