CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Texniki baxışla bağlı rüsum niyə artırılır?

Abunə olmaq
"Amma mən anlaya bilmirəm, hansı səbəbdən rüsumun artırılması barədə təklif irəli sürülüb. Yəni hər bir artımla bağlı irəli sürülən təklifin bir əsaslandırılması olmalıdır"

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırılır.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif edilir. Dəyişiklik layihəsinə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır. Sənəd Milli Məclisin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq.

Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində şərh verib.

Автомастерская, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avtonəqliyyat vasitələrinin texniki baxışına görə rüsum artırılır

O qeyd edib ki, nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumunun artırılması nəzərdə tutulur: "Lakin məsələyə belə yanaşılmasını düzgün saymıram. Çünki 2018-ci ilin sonunda qəbul edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda texniki baxışla bağlı ciddi islahatları ehtiva edən 4 istiqamətdə tədbirlər nəzərdə tutulur:

1. Texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi;

2. Texniki baxışın hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilməsi qaydasının hazırlanması və onların hüquqi məsuliyyətinin müəyyən edilməsi;

3. Texniki baxışı həyata keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydalarının hazırlanması;

4. Bütövlükdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi.

Qeyd olunan işlər 2021-ci ilin sonunadək bitməlidir".

Ə.Hüseynov hesab edir ki, proqramda nəzərdə tutulan sadalanan tədbirlər kompleks şəkildə icra edilməli, ölkəmizdə nəqliyyat parkının real texniki baxışını və bunun sayəsində nəqliyyatın texniki təhlükəsizliyini təmin edə biləcək sistem yaradılmalıdır. Rüsumların az və ya çox olması məsələsinə isə yalnız bundan sonra texniki baxışın maliyyə təminatı məsələləri çərçivəsində baxıla bilər: "Ona görə də Milli Məclis deputatlarından xahiş edirəm ki, deyilən rüsumların artırılması ilə bağlı layihəni müzakirə etməsinlər və texniki baxışla bağlı Dövlət Proqramında qeyd edilən bütün tədbirlərin hüquqi bazasını təkmilləşdirəcək qanun layihələri zərfinin hazırlanmasını və müzakirəyə təqdim edilməsini əlaqədar icra hakimiyyəti orqanlarına tövsiyə etsinlər".

Nəqliyyat eksperti Azər Allehverənov isə bildirir ki, hələ artım baş verməyib. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq: "Amma mən anlaya bilmirəm, hansı səbəbdən rüsumun artırılması barədə təklif irəli sürülüb. Yəni hər bir artımla bağlı irəli sürülən təklifin bir əsaslandırılması olmalıdır".

Xəbər lenti
0