CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Standartlardan kənar qəbirdaşları vətəndaşları məsrəfə salır" - Fazil Mustafa

© Sputnik / Murad OrujovMillət vəkili Fazil Mustafa
Millət vəkili Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
"Müəyyən mərasimlərin tənzimlənmə məsələsi də bu gün gündəlikdədir. Çünki mərasimlərin indiki durumu əhalinin yoxsul təbəqəsi üçün böyük problemlər yaradır"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. "Milli Məclisin payız sessiyasında dini qurumlarla bağlı qanunvericilikdə dəyişikliklərlə bağlı müzakirələr gedir. Hələ ki bu müzakirələr yekunlaşmayıb. Çox güman ki, müzakirələrin gedişatında qanun layihəsi də təqdim olunacaq".

Bakıda qəbiristanlıq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qəbiristanlıqlara peykdən nəzarət və ölülərin saytı - Vardı hər yarağımız, qalmışdı...

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Qəbiristanlıqların statuslarının müəyyənləşdirilərək bələdiyyələrə verildiyini vurğulayan deputat mövcud problemlərə də diqqət çəkib: "Lakin bələdiyyələrin addımlarını hansı formada gerçəkləşdirəcəyi bəlli deyil. Bundan başqa, müəyyən mərasimlərin tənzimlənmə məsələsi də bu gün gündəlikdədir. Çünki mərasimlərin indiki durumu əhalinin yoxsul təbəqəsi üçün böyük problemlər yaradır. Bir çox hallarda cahillikdən, insanların islamın şərtlərini bilmədiyindən belə hallar müşahidə edilir", - deyə o əlavə edib.

Millət vəkili bildirib ki, bu gün nümunəvi qəbiristanlıqların yaradılması məsələsi də gündəmdədir: "Çünki standartlardan kənar qəbirdaşları vətəndaşları əlavə məsrəfə salır. Həm də estetik baxımdan da müəyyən söz-söhbətə səbəb olur".

"Hələlik konkret olaraq bir layihə haqda danışmaq çətindir. Çünki bu məsələ ciddi cilalanmış müzakirədən keçməlidir", - deyə o əlavə edib.

Xəbər lenti
0