Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bölgələrdə sənədli filmlərin nümayişinə start verilib

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidКинозал, фото из архива
Кинозал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Astarada Rina Castelnuovo və Tamir Elterman tərəfindən çəkilən "Muhi - ümumiyyətlə müvəqqəti" filmi nümayiş olunacaq

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu III DokuBaku Beynəlxalq Sənəndli Film Festivalı çərçivəsində Azərbaycanın bir çox bölgələrində film nümayişləri keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, tamaşaçıların sənədli kinoya marağının artırılması cəhətdən əhəmiyyətli olan tədbir bu dəfə Lənkəran və Astara şəhərində keçiriləcək.

Kinozal, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bakıda keçiriləcək festivala 3,5 min film göndərilib

Lənkəran rayonunun Tor İncəsənət Məkanında gürcü rejissor Levan Koquaşvilinin çəkdiyi "Qogitanın yeni həyatı" filminin nümayişi və müzakirəsi 27 sentyabr tarixində olacaq. 2016-cı ildə istehsal olunan "Qogitanın yeni həyatı" filmində Qogita adlı qəhrəmanın həyatını sıfırdan başlaması və həyat yolundakı çətinliklərdən bəhs olunur.

Nümayiş 28 sentyabrda Astara bölgəsində davam etdiriləcək.

Belə ki, Astarada Rina Castelnuovo və Tamir Elterman tərəfindən çəkilən "Muhi - ümumiyyətlə müvəqqəti" filmi nümayiş olunacaq.

2017-ci ildə istehsal olunan filmdə 7 ildir Qəzzadakı evinə həsrət olan, İsrail xəstəxanasında yaşayan qəhrəmanın taleyindən bəhs olunur. Astaradakı nümayiş "Astara BOOK House & Cafe"də keçiriləcək, nümayişdən sonra "Mahalla" qrupunun çıxışı olacaq.

Xatırladaq ki, bölgələrdə olan bu tədbir proqramları DokuBaku BSFF, CineDOC-Tbilisi , BSFF və Tor incəsənət məkanının birgə əməkdaşlığı ilə keçirilir.

Xəbər lenti
0