Ermənistan Polisinin sabiq rəisi intihar etdi

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidTapança
Tapança - Sputnik Azərbaycan
Abunə olmaq
Arutyunyanın adı 2008-ci il martın 1-2-də Yerevanda baş verən hadisə üzrə başlayan cinayət işində şahid qismində keçir

BAKI, 24 sentyabr — Sputnik. Ermənistan Polisinin sabiq rəisi Hayk Arutyunyanın yaşadığı evdə meyiti tapılıb. Sputnik Ermənistan xəbər verir ki, onun baş nahiyyəsində odlu silahdan açılan atəş yarası aşkar edilib.

İlkin məlumata görə, Arutyunyan öz iqamətgahında intihar edib.

Ermənistan Baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Sarqsyan və Koçaryanın ailələri peşəkar korrupsionerdirlər – Paşinyan

Qeyd edək ki, Arutyunyanın adı 2008-ci il martın 1-2-də Yerevanda baş verən hadisə üzrə başlayan cinayət işində şahid qismində keçir.

Xatırladaq ki, sentyabrın 17-i Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə saxlanılmasına dair qərar qəbul edib.

"Məhkəmə Koçaryanın vəkillərinin qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətini rədd etmək qərarına gəlib", - hakim Anna Danibekyan məhkəmə zamanı deyib.

Qeyd edək ki, 2008-ci ilin fevralında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası Serj Sarqsyanın 52,8 faiz səslə qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan isə seçkidə saxtakarlığın olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-si ölkədə genişmiqyaslı aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin mart hadisələrinə görə cinayət işi təzələnib. O zaman prezident olmuş Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Paşinyan azərbaycanlılardan bunu heç gözləmirdi - FOTO>>

Bu ilin mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Həmin şəxslər konstitusiya quruluşunu devirmək, külli miqdarda rüşvət almaq və qanunsuz yolla əldə edilmiş vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər.

Bu ilin mayın 18-də Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib. Lakin iyunun 25-də Apellyasiya Məhkəməsi keçmiş prezidenti yenidən həbs edib.

Xəbər lenti
0