CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlərə şad xəbər - Daha pul ödəməyəcəksiniz

© REPORTYeni sərnişin avtobusları
Yeni sərnişin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
BNA rəsmisi: Biz 2019-cu ilin sonuna qədər kart sisteminin bütün avtobusları əhatə etməsinə çalışırıq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Bu ilin sonuna qədər paytaxtda sərnişindaşımada istismar olunan bütün avtobuslarda gediş haqqı kartla ödəniləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O bildirib ki, 2019-cu il şəhər nəqliyyatının inkişafı, xüsusən də ictimai nəqliyyat sektorunda ciddi dəyişikliklər ili olacaq. M.Ağayevin sözlərinə görə, hazırda 500 avtobus kart sistemi ilə fəaliyyət göstərir: "Biz 2019-cu ilin sonuna qədər kart sisteminin bütün avtobusları əhatə etməsinə çalışırıq. 2020-ci ilin yanvarın 1-ə qədər Bakıda ictimai nəqliyyatda kart sisteminə keçid təmin olunacaq".

Qurum sözçüsü həmçinin qeyd edib ki, yeni optimallaşdırma işləri çərçivəsində bəzi marşrut xətlərinin ləğvi, yenilərinin təşkili planlaşdırılır. O, həmçinin sərnişindaşıma qaydalarını kobud şəkildə pozan daşıyıcılarla bağlı da sərt tədbirlər görüləcəyini söyləyib: "Ümumiyyətlə, ətraf ərazilərdə yaşayanlar daha müasir və keyfiyyətli şərnişindaşıma xidmətlərindən istifadə edəcəklər. Uzun zaman sərnişindaşıma xidmətlərinin təşkilində ətraf ərazilərdə yaşayan sakinlərə olan münasibət tamamilə müsbət mənada dəyişdiriləcək".

Xəbər lenti
0