Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah meteohəssas insanlar diqqətli olmalıdır

© Sputnik / Murad OrujovВид на комплекс Flame Towers в Баку
Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Elektron selinin isə proqnoz dövründə normal səviyyədən orta səviyyəyə qalxacağı proqnozlaşdırılır. Həmçinin, proton selinin proqnoz dövründə fon səviyyələrində davam etməsi ehtimalı var

 

BAKI, 24 sentyabr — Sputnik. Şamaxı Astrofizika Rəsədxanası növbəti günlər üçün kosmik hava proqnozunu açıqlayıb. Sputnik Azərbaycan rəsədxananın məlumatına istinadla xəbər verir ki, Günəş aktivliyi çox aşağı səviyyədə olub. Günəş diskində ləkə olmayıb. Geomaqnit sahə son 24 saat ərzində çox sakit olub.

Kosmik hava proqnozunun növbəti iki gün ərzində çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

Elektron selinin isə proqnoz dövründə normal səviyyədən orta səviyyəyə qalxacağı proqnozlaşdırılır. Həmçinin, proton selinin proqnoz dövründə fon səviyyələrində davam etməsi ehtimalı var.

Aşmış ağac - Sputnik Azərbaycan
Pis hava şəraiti Gürcüstanı iflic edib

Proqnoz dövrünün birinci günü (23 sentyabr) Günəş küləyi parametrlərinin mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin təsiri ilə güclənəcəyi, ikinci gün (24 sentyabr) parametrlərin qiymətlərində artmanın davam edəcəyi proqnozlaşdırılır.

STEREO A MAG & PLASTIC məlumatları əsasında küləyin sürətinin 450 – 550 km/san-yə kimi qalxacağı gözlənilir.

25 sentyabrda sürüşən zərbə dalğası hesabına parametrlərin bir qədər də güclənəcəyi gözlənilir.

Proqnoz dövründə ilk iki gün (23 – 24 sentyabr) geomaqnit sahə üçün ümumən sakit şəraitin hökm sürəcəyi proqnozlaşdırılır (Kp=2, 3). Üçüncü gün isə (25 sentyabr) CME-nin sürüşən zərbə dalğası hesabına nisbətən fəal şərait müşahidə oluna bilər (Kp=4). Maqnit qasırğasının yaranması ehtimalı 5%-dən aşağı qiymətləndirilir.

Xəbər lenti
0