Yana Batırşina: “Bu, bütün gimnastların karyerasında ən çətin çempionat idi”

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidYana Batırşina
Yana Batırşina  - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı gimnastların karyerasında medal və lisenziya uğrunda mübarizə baxımından ən çətini olub.

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı gimnastların karyerasında medal və lisenziya uğrunda mübarizə baxımından ən çətini olub. Bunu Sputnik Azərbaycan-a çoxqat dünya çempionu, Olimpiada-1996-nın vitse-çempionu, Bakı mundialının səfiri Yana Batırşina Bakıda keçirilən dünya çempionatını şərh edərkən deyib.

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi - Sputnik Azərbaycan
FOTO
Bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi

Xatırladaq ki, Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının yekunlarına görə, Azərbaycanın aktivinə iki Olimpiya lisenziyası yazılıb. Bu lisenziyanı Azərbaycan millisinə fərdi çoxnövçülük üzrə Zöhrə Ağamirova qazandırıb. Qeyd edək ki, Bakı mundialının bütün qızıl medallarını demək olar ki, rusiyalı gimnastlar (qrup komandaları arasında beş topla yarışlar istisna olmaqla) qazanıb.

"Bakıda keçirilən dünya çempionatında inanılmaz mübarizə var idi. Qaliblər heç də sadəcə ən güclülər deyil, gərginlik çox olduğu üçün həm də əsəb və fiziki cəhətdən ən dözümlü gimnastlar oldu. Çünki burada təkcə medal yox, həm də Olimpiadaya lisenziya qazanmaq uğrunda yarış gedirdi. Əminəm ki, Bakı mundialı bütün iştirakçılar üçün ən çətin mübarizə idi" - deyə Batırşina bildirib.

O, azərbaycanlı gimnast Zöhrə Ağamirovanın çıxışına da münasibət bildirib.

"Ona afərin, belə bir qızğın mübarizəyə tab gətirdi və olimpiya oyunlarına vəsiqə qazana bildi. Azərbaycanlı gimnastın Olimpiadaya neçənci yerdə getdiyi elə də böyük əhəmiyyət daşımır, onsuz da olimpiya oyunlarında hər şey sıfırdan başlayacaq", - deyə Batırşina əlavə edib.

Dəfələrlə dünya çempionunun fikrincə, qrup komandaları ilə keçirilən dünya çempionatları arasında ən ciddi mübarizə Bakı mundialında gedib.

"Baxmayaraq ki, qrup tapşırıqları bir qədər asan keçdi, amma dörd ölkənin - Rusiya, Bolqarıstan, İtaliya və Yaponiyanın komandaları arasında qrup yarışı çox gərgin oldu. Sevindirici haldır ki, qrup komandaları arasında Azərbaycan gimnastları da Olimpiadaya vəsiqə qazana bildilər. Mən heç vaxt onların belə təmiz və əminliklə çıxış etdiklərini görməmişdim. Düşünürəm ki, Azərbaycanda əsl bayramdır, çünki onlar qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər" - deyə Batırşina bildirib.

O, Bakıda keçirilən Dünya Çempionatında oynanılan 9 qızıl medaldan 8-ni qazanan rus gimnastlarının uğurlarını, həmçinin Yaponiya komandasının irəliləyişlərini də qeyd edib.

"Rusiyalı gimnastlar Bakıdakı dünya çempionatında fenomenal çıxış etdilər. Həmçinin yaponlardakı inkişafı da qeyd etmək istəyirəm. Onlar çöxnövçülük üzrə qrup tapşırıqlarında ikinci oldular və beş topla olan tapşırıqda "qızıl medal" qazandılar. Mən dünya çempionatlarında Yaponiyanın ilk üçlüyə daxil olduğunu xatırlamıram. Bu, yapon gimnastlar üçün böyük uğurdur, xüsusilə də Olimpiya oyunları ərəfəsində" - deyə Batırşina bildirib.

Qeyd etmək lazımdır ki, dünya çempionatının getdiyi günlərdə Bakı mundialının səfiri gənc azərbaycanlı gimnastlar üçün iki master-klass keçib.

"Hədsiz dərəcədə xoşbəxtəm ki, Azərbaycan gimnastları üçün master-klass keçmək imkanımız oldu. 

Nurlana Məmmədzadə - Sputnik Azərbaycan
Gimnastika Federasiyasının baş katibi dünya çempionatına hazırlıqlardan danışır
Görünür, qızlar bədii gimnastikanı sevirlər, hər şeyi böyük məmnuniyyətlə edirlər. Gimnastikada təkcə fiziki göstəricilərin olması əsas deyil, həm də texnikalı və ağıllı gimnast olmaq lazımdır. Bütün qızlara afərin, məsləhətləri dinlədilər, səhvləri düzəltdilər, hər sözü göydə tutdular", - deyə Batırşina bildirib.

Yeri gəlmişkən, ikinci master-klassda Yana Batırşinanın böyük qızı Məryəm də iştirak edib.

"Məryəm baletlə məşğuldur, o, mənə ikinci master-klassda kömək etdi, bir neçə balet hərəkəti göstərdi. Hamı bundan zövq aldı, çünki bədii gimnastikada xoreoqrafiya vacibdir. Təəssüf ki, bəzən buna elə də fikir vermirlər. Ümid edirəm ki, bu məşğələ qızlar üçün faydalı oldu və mən yaradılan şəraitə görə təşəkkür edirəm. Əgər əlimdə ixtiyar olsaydı, başqa bir məşğələ də keçərdim", - Batırşina əlavə edib.

Xəbər lenti
0