Trampın vəkilindən Ukraynaya ağır “rüşvət” ittihamı

© © Aaron P. Bernstein/Getty Images/AFP Birləşmiş Ştatlar Prezidenti Donald Trampın vəkili Rudi Culiani
 Birləşmiş Ştatlar Prezidenti Donald Trampın vəkili Rudi Culiani - Sputnik Azərbaycan
Abunə olmaq
Hanter Bayden Ukraynadan 3 milyon vəsait əldə edib. Ödəniş Baydenin oğluna çatana qədər Latviya və Kiprdən keçib

BAKI, 23 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın vəkili Rudi Culiani Ukrayna tərəfini ABŞ prezidentliyinə namizəd Co Baydenin oğlu Hanter üçün 3 milyon dollar vəsaiti yumaqda ittiham edib. Bu barədə Sputnik Azərbaycan "Fox News"-a istinadən xəbər verir.

Culiani bəyan edib ki, Bayden dövlət vəzifələrini satmaqla böyük pullar əldə edib. Vəkil sabiq prezident Barak Obamanın buna göz yummasına əsəbiləşib.

Trampın vəkilinin sözlərinə görə, Hanter Bayden Ukraynadan 3 milyon vəsait əldə edib. Ödəniş Baydenin oğluna çatana qədər Latviya və Kiprdən keçib.

Culiani, eyni zamanda bu sövdələşmələr barədə haradan məlumat aldığını açıqlamayıb.

Xəbər lenti
0