BAKI, 23 sentyabr — Sputnik. "S-500" raket əleyhinə sistemləri öz xüsusiyyətlərinə görə "S-400"ləri əvəzləyəcək. Sputnik Türkiyə xəbər verir ki, bu barədə məqalə Çinin "Sina" qəzetində yerləşdirilib.
Məqalənin müəllifi Zhou Hongxin qeyd edir ki, "S-500" sistemləri meteoritləri vurmaq qabiliyyətinə malikdir.
Müəllif yazısında 2013-cü ildə 67 min 600 km/s sürətlə hərəkət edərək atmosferə girən və Rusiyanın Çelyabinsk şəhəri yaxınlığında yerə düşən 20 metr uzunluğunda meteoriti xatırlayır.
Hongxin qeyd edir ki, meteorit Rusiya ərazisinə yaxınlaşdığı bir vaxtda test edilən "S-500" sistemi vasitəsilə vurulub və Yer planetinin zərər görməsini əngəlləyib.
Xatırladaq ki, yeni nəsil "S-500 Promotey" sistemləri "quru-hava" müdafiə sistemlərindən birdir. Bu sistemin Rusiyanın raket müdafiə sistemində aparıcı elementlərindən biri olması gözlənilir.