BAKI, 23 sentyabr — Sputnik. Hər il olduğu kimi, bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir, mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir.
Bu cür infeksiyalarda artımın olmadığı bildirilir.