BAKI, 23 sentyabr — Sputnik. Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış aktyor və rejissor, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov "Xalq artisti" fəxri adına layiq görülüb.
Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 23-də Mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adı Cahangir Novruzova təqdim edib.
Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, "Xalq artisti" adının nişanını və vəsiqəsini ona təqdim edib.
Yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən teatr xadimi bundan sonra da mədəniyyətimizin inkişafı və təbliği istiqamətində yorulmadan çalışacağını diqqətə çatdırıb.