BAKI, 23 sentyabr — Sputnik. Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şaferin (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən gün Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.