BAKI, 23 sentyabr — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşinin ərazidən təhlükəsiz təxliyyəsi üçün məlumatlandırılıb.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Sputnik Azərbaycan-a bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi məsələdən xəbərdardır və bununla bağlı müvafiq qurumlarla konfidensial ikitərəfli dialoq aparılır.
Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.