Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda avtobusun yolunu minik maşınları "kəsdi": yaralı var

© Facebook / Mais AghayevQaradağ rayon ərazisində 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb
Qaradağ rayon ərazisində 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Bir qədər əvvəl Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. Onun verdiyi məlumata görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir: "Hazırda biz hadisə baş verən ünvana gedirik. Faktla bağlı araşdırma aparılır".

© Facebook / Mais AghayevQaradağ rayon ərazisində 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb
Bakıda avtobusun yolunu minik maşınları kəsdi: yaralı var - Sputnik Azərbaycan
Qaradağ rayon ərazisində 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb

M. Ağayev həmçinin onu da qeyd edib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qəzada yaralanan bir kişi müştərək travma, qapalı kəllə-beyin travması və ətrafların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Hazırda müalicəsi davam edir.

Xəbər lenti
0