BAKI, 23 sentyabr — Sputnik. ARB telekanalında yayımlanan "Sayqa ilə" verilişində maraqlı hadisə baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, proqramın aparıcısı Sayqa Cahid müğənni Afaq Aslanı verilişinə qonaq qismində çağırıb. Əlində gül studiyaya daxil olan bir gənc isə Afaqa evlilik təklif edib.
Müğənninin qarşısında diz çökən 24 yaşlı gənc: "Sənin üçün ailəmi, hətta əzizlərimi qurban verərəm. Səni modellik yarışında görəndən sevirəm. Mənə "yox" desəniz, ömrümün sonuna qədər evlənməyəcəm", – söyləyib.
"Yox" cavabı alan oğlan ağlamağa başlayıb və ürəyi gedərək, yıxılıb.
Qeyd edək ki, proqramın aparıcısı Sayqa Cahid bir neçə gün öncə sərt şəkildə bayağı formatlı verilişləri tənqid edib. Sayqa qonaq olduğu efirdə: "Məqsədim maarifləndirməkdir. Hər verilişdə tamaşaçıya təhsil və sağlamlıqla bağlı mesaj göndərirəm", - sözlərini işlətmişdi.