Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İncəsənət sərhəd tanımır: Adəm və Həvva köhnə kombinatın divarlarında

© Sputnik / Kemale AliyevaAzərbaycanın və Aİ dövlətlərinin məşhur rəssamları Bakıda keçirilən festivalda bir araya gəliblər
Azərbaycanın və Aİ dövlətlərinin məşhur rəssamları Bakıda keçirilən festivalda bir araya gəliblər - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın ilk: Yerli və Aİ dövlətlərinin məşhur rəssamları Bakıda keçirilən festivalda bir araya gəliblər

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Gender bərabərliyini çağdaş sənət prizmasından inkişaf etdirmək ideyası sovet dövrünün yaradıcı platformasını - Azərbaycan Rəssamlar İttifaqının Bədii İstehsalat Kombinatını öz şedevrləri ilə bəzəyən azərbaycanlı və xarici rəssamları birləşdirib. Fırça ustaları artıq tərk edilmiş və heç kəsə lazım olmayan binaya ikinci həyat bəxş ediblər.

Rəssamlar "Maiden Tower. To Be a Women" (Qız Qalası. Qadın olmaq) Müasir İncəsənət Festivalı çərçivəsində öz rəsmlərini təqdim ediblər. Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi Avropa Ittifaqına üzv dövlətlərin səfirlikləri və yerli tərəfdaşları ilə birlikdə 17-27 sentyabr 2019-cu il tarixlərində Bakı şəhəri və regionlarda sözügedən müasir incəsənət festivalını təşkil edib.

Festivalın əsas məqsədi yaradıcılıq yolu ilə gender bərabərsizliyi probleminə diqqət çəkmək və bütün dünyanın diqqətini qadın hüquqlarına yönəltməkdir.

© Sputnik / Kemale AliyevaQız Qalası. Qadın olmaq festivalının iştirakçıları
İncəsənət sərhəd tanımır: Adəm və Həvva köhnə kombinatın divarlarında - Sputnik Azərbaycan
Qız Qalası. Qadın olmaq festivalının iştirakçıları

Festivalın təşəbbüskarı və müəllifi məşhur azərbaycanlı rəssam Səbinə Şıxlinskaya, direktoru Könül Rəfiyevadır. Festival ilk dəfə 2009-cu ildə keçirilib, üstündən on il keçəndən sonra fırça ustaları yenidən bu ideyaya qayıdıblar, ancaq bu dəfə daha böyük miqyaslı formatda.

"Biz bu layihəyə uzun müddət hazırlaşmışıq. Bu işə həm fiziki, həm də emosional sərmayə qoymuşuq. Festivalımız on gün davam edəcək və hər gün sürprizlə ziyarətçilərin qarşısına çıxmaq niyyətindəyik. İstəmirik ki, bu, insanların yaddaşında ancaq maraqlı və əyləncəli bir layihə kimi iz qoysun. Məqsədimiz yalnız Azərbaycanda deyil, bütün dünyada müasir qadınların həyatındakı heç olmasa, bircə problemi həll etməkdir", - deyə Şıxlinskaya bildirib.

Kombinatın divarlarını Karolina Falkolt (İsveç), Salomei Bauer (Gürcüstan), eyni zamanda azərbaycanlı rəssam və qrafika ustaları İrina Eldarova, Samirə Salahova, Bütünay Haqverdiyev, Orxan Qarayev, Aygün Həsənova, Azər Məmmədli, Əli Əkrəm, Emil Məcnunov, Sabit Zamanov öz rəsmləri ilə bəzəyiblər. Bakıdakı Avropa liseyinin şagirdləri olan gənc fırça ustaları da öz istedadlarını nümayiş etdiriblər. Öz ideyalarını həyata keçirməkdə rəssamlara Azər Məmmədov kömək edib. Sərgiyə təqdim olunana hər bir əl işi ziyarətçiləri valeh edib.

© Sputnik / Kemale AliyevaKarolina Falkolt
İncəsənət sərhəd tanımır: Adəm və Həvva köhnə kombinatın divarlarında - Sputnik Azərbaycan
Karolina Falkolt

İsveçli rəssam Karolina Falkolt Bakıya ilk dəfə gəlib. O, təkcə rəssam deyil, həm də musiqiçidir. Hazırda bu fırça ustası bütün dünyaya səyahət edir, özünün irimiqyaslı yaradıcılığı ilə bir çox şəhərləri bəzəyir, mühazirə və seminarlar keçirir, özünün Höteborqdakı şəxsi mərkəzində işləyir. Falkoltun işləri həmişə öz orijinallığı ilə fərqlənir və insanların diqqətini cəlb edir. Bundan əlavə, o, Bakıda da fərqlənmək və transgenderin tammetrajlı portretini çəkmək qərarına gəlib.

"Festivalın mövzusu mənə çox yaxındır, ona görə də mən qərara gəlmişəm ki, təkcə transgenderi çəkərək ona münasibətimi bildirə bilərəm. Mən bu işi ilk dəfə Bakıda çəkmişəm. Onu çəkmək üçün mənə üç gün vaxt lazım gəlib. Mən hesab edirəm ki, rəssamlar xoşlarına gələni yaratmalıdırlar, və buna görə onları tənqid etmək və əzmək olmaz. Bilmirəm bakılılar mənim əsərimi necə qarşılayacaqlar, amma ümid edirəm ki, onlar razı qalacaqlar" - deyə Falkolt bildirib.

Rəssam növbəti dəfə Bakıya qayıtmaq, azərbaycanlı həmkarları ilə yaxından tanış olmaq və onlarla birgə layihələr həyata keçirmək niyyətindədir.

Məşhur azərbaycanlı rəssam İrina Eldarova isə "Qızlar neftçilərə üstünlük verir" adlı məşhur rəsmini çəkməyə qərar verib. Rəssam bu əsəri müsabiqədə iştirak etmək üçün bir neçə il qabaq çəkib. Rəssam festivalın mövzusuna çox uyğun gəldiyi üçün bu əsərini yenidən tamaşaçılara təqdim etmək qərarına gəlib.

© Sputnik / Kemale Aliyevaİrina Eldarova
İncəsənət sərhəd tanımır: Adəm və Həvva köhnə kombinatın divarlarında - Sputnik Azərbaycan
İrina Eldarova

Rəssam Orxan Qarayev həmişə özünün qeyri-adi işləri ilə fərqlənir. O, bu dəfə də fərqlənib.

"Mən Adəm və Həvva obrazlarını yaratmaq, onların qayıdışlarını və canlandıqlarını göstərmək istəyirdim. Bir zamanlar məşhur rəssamların öz əsərlərini yaratdıqları yerdə işləmək mənə maraqlı idi. Mən çox istəyərdim ki, bu kombinat öz əvvəlki simasını geri qaytarsın", - deyə Qarayev etiraf edib.

Ona xarici həmkarlarla işləmək çox maraqlıdır. Onun sözlərinə görə, onlar bir-biriləri ilə incəsənət dilində danışırlar, informasiya mübadiləsi edir və təcrübələrini bölüşürlər.

© Sputnik / Kemale AliyevaOrxan Qarayev
İncəsənət sərhəd tanımır: Adəm və Həvva köhnə kombinatın divarlarında - Sputnik Azərbaycan
Orxan Qarayev

Azərbaycanlı rəssam Emil Məcnunov öz əsərini kombinatın divarına deyil, onun çoxunda şüşə olmayan pəncərəsinə çəkmək qərarına gəlib. O, uzun müddət Florensiyada dizayn üzrə təhsil alıb. Lakin üç il əvvəl vətəndən ötrü çox darıxdığı üçün geri qayıdıb. 2016-cı ildən başlayaraq rəssam öz əsərlərini Bakıda yaradır. Məcnunov öz əsərlərini müxtəlif qalereyalarda nümayiş etdirmir. O, ən çox qraffiti ilə maraqlanır. Bakının bir çox küçələri onun əsərləri ilə bəzədilib.

"Azərbaycanda strip-art heç vaxt qadağan edilməyib, sadəcə rəssamların çoxu öz əsərlərini tərk edilmiş yerlərə çəkiblər. Mən çalışıram öz əsərlərimi yola baxan mərkəzi yerlərdə və yaxud divarlarda çəkim. Biz əvvəlcədən icazə alırıq və yalnız bundan sonra rəsmləri çəkməyə başlayırıq, çünki əks təqdirdə cərimələyirlər. Son zamanlar Azərbaycanda küçələrin müxtəlif yerlərinə şəkil çəkmək aktuallaşıb, ona görə də mənə kommersiya xarakterli sifarişlər çox olur" - Məcnunov deyib.

Kombinatın divarlarını isə o, qeyri-adi rəsmlərlə bəzəmək qərarına gəlib. Məcnunov layihənin ən sonuncu iştirakçılarından biridir, ona görə də onun şəkil çəkməyə çox az vaxtı olub. O, öz rəsmini dörd günə çəkib və gördüyü işdən razı qalıb.

© Sputnik / Kemale Aliyeva Emil Məcnunov
İncəsənət sərhəd tanımır: Adəm və Həvva köhnə kombinatın divarlarında - Sputnik Azərbaycan
Emil Məcnunov

"Öz qraffitimdə mən bütün insanların göbələklərdən yarandığı nəzəriyyəsini təsvir etdim. Bu nəzəriyyəyə görə qadın və kişi arasında ayrılıq yoxdur. Düzünü desəm, əsərimin ideyası digər rəssamların əsərlərinin ideyasından tamamilə fərqlidir. Mənim nəzəriyyəmə görə, sərgi gülməlidir. Səbinə Şıxlinskaya mənim ideyama anlayışla yanaşdı və məni dəstəklədi", - deyə Məcnunov bildirib.

© Sputnik / Kemale AliyevaАзербайджанские и зарубежные художники создали свои картины на стенах Художественно-производственного комбината Союза художников
Azərbaycanın və Aİ dövlətlərinin məşhur rəssamları Bakıda keçirilən festivalda bir araya gəliblər - Sputnik Azərbaycan
1/6
Azərbaycanın və Aİ dövlətlərinin məşhur rəssamları Bakıda keçirilən festivalda bir araya gəliblər

2/6

3/6

4/6

5/6

6/6

Festival sentyabrın 27-də başa çatacaq, amma kombinatın divarlarındakı rəsmlər festival başa çatandan sonra da həmişəlik orada qalacaq. Arzu edən hər kəs istənilən vaxt ona baxa bilər.

Xatırladaq ki, "Maiden Tower. To Be a Woman"Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən dəstəklənən sayca üçüncü festivaldır. Buna qədər isə onun dəstəyi ilə Imagine və Fantaziya layihələri həyata keçirilib.

Xəbər lenti
0